İŞİD-in dağıtdığı tarixi abidələr bərpa olunacaq

İŞİD-in dağıtdığı tarixi abidələr bərpa olunacaq
20 aprel 2019
# 15:46

UNESCO son illər silahlı münaqişələr nəticəsində xarabalığa çevrilmiş İraqın Mosul şəhərində qədim tarixi abidələrin bərpasında yaxından iştirak edir.

Yaxın Şərqin mədəniyyət mərkəzlərindən biri olmuş, şumer şəhərlərindən Babilistana qədər misilsiz mədəniyyətin yadigarlarını qoruyub saxlamış bu şəhərdə bütpərəstlik, iudaizm, islam, xristianlığın, habelə müxtəlif dini təriqətlərin mədəniyyət irsi bərpa olunur. Buradakı 486 məscidin əksəriyyəti XII əsrə aiddir və Mosulun qüdrətli Zəngidlər sülaləsinin hakimiyyət paytaxtı olduğu zamanlarda tikilib. Bundan başqa, şəhərdə erkən xristianlıq dövrünə aid olan 32 kilsə və 6 monastır da İŞİD terrorçuları tərəfindən və silahlı münaqişələr nəticəsində dağıdılıb. Hələ min il əvvəl Hindistan və Çindən tacirlərin axın etdiyi Bab-əs-Saray qədim bazarı da bərpa olunmalıdır. Mosulda tarixi abidələrin məhv edilməsi 3 il bu şəhəri işğal altında saxlamış “İslam dövləti” terrorçularının vəhşilikləri ilə bağlıdır. İraq ordusunun 2017-ci ilin iyulunda Mosulu azad etməsindən sonra tarixi abidələrin bərpası məsələsi gündəmə gəlib.

UNESCO-nun baş direktorunun müavini Ernesto Ottone bildirib ki, Mosuldakı Nəmrud arxeoloji abidəsinin, muzeyin, əl-Hədba minarəsinin və digər abidələrin bərpası üçün İraq hökuməti ilə birgə layihələr hazırlanıb. Bu məqsədlə yerli gənclərdən ibarət 1500 nəfərlik qrup təlim kurslarına cəlb olunub. “Mosulun mədəni-tarixi abidələrinin bərpası prosesinə yerli əhalinin cəlb edilməsi və onların işlə təmin olunması insanlarda gələcəyə inam hissi yaradacaq”, -deyə təşkilatın baş direktorunun müavini qeyd edib.

İraq Prezidenti Bərham Saleh də bu layihələri müzakirə etmək üçün UNESCO-nun Parisdəki mənzil-qərargahında olub və baş direktor Odri Azule ilə görüşüb.

UNESCO-nun baş direktoru bildirib ki, İraqda tarixi abidələrin bərpası sahəsində beynəlxalq əməkdaşlıq bu ölkədə sülhün möhkəmlənməsinə də töhfə verəcək. O əlavə edib ki, “Mosulun ruhunun bərpası” adlı təşəbbüs təşkilatın son illərdə bu istiqamətdə həyata keçirdiyi ən böyük layihə olacaq./azertag.az/

# 1984 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #