Dinozavr fosili satışa çıxarılıb

Dinozavr fosili satışa çıxarılıb
19 aprel 2019
# 15:02

Başqa bir tayı olmadığı ehtimal olunan tək körpə Tiranazaur rex fosili eBay-da satışa çıxarılıb.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, fosil satış saytında 2,95 milyon dollar qiymətinə təqdim olunur.

“Dünyada tayı olmadığı ehtimal olunan tək körpə T-Rex! 4,5 metr uzunluğunda bədəni və tırtıllı dişləri ilə 53 smlik kəlləsi var. Bu T-Rex çox təhlükəli bir ətyeyən idi. Bir körpə T-rex görmək həqiqətən də nadir bir imkandır...” - deyə sayt nümunəni təqdim edir.

68 milyon yaşında olduğu təxmin edilən skelet ilk olaraq 2013-cü ildə Montanadakı xüsusi ərazidə kəşf edilib. Daha sonra isə, o, onu kəşf edən adamın mülkiyyəti kimi qəbul olundu. Bu, professional bir fosil yığan Alan Ditrix idi. Onurğalıların Paleontologiyası Dərnəyi fosili elmi təcrübələrdən kənar saxlayan Ditrixi və fosilin qiymətinin artırılmasına yardımçı olaraq onu sərgiləyən universiteti tənqid edib. Açıq məktub çap etdirən dərnək fosilin araşdırmadan sərgiləndiyinə təəssüf etdiklərini yazıb:

“Yüzlərlə və ya minlərlə ziyarətçinin diqqətini çəkən bu hərəkət fosilin ticari dəyərini də artırdı. Muzeylərin getdikcə qiyməti artan nümunələri almaq üçün büdcələri olduqca aşağıdır.”

Təklif etmək seçimi olsa da, indiyə kimi heç kim tələb olunan məbləği ödəməyə həvəs göstərməyib.

# 2132 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
# # #