Bulvarının yaranma tarixi ilə bağlı yeni sənədlər tapılıb

Bulvarının yaranma tarixi ilə bağlı yeni sənədlər tapılıb
6 aprel 2019
# 14:51

Dənizkənarı Bulvar İdarəsinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində apardığı araşdırmalar nəticəsində bulvarın yaranma tarixi ilə bağlı yeni sənədlər əldə edilib.

İdarədən ONA-ya verilən məlumata görə, tarixi faktlar bulvarın yaranma tarixinin aprelin 7-dən başladığını göstərir.

Belə ki, məhz 1909-cu il aprelin 7-də Bakı Şəhər İdarəsinin Tikinti şöbəsinin rəisi Məmməd Həsən Hacınski Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. Məlumata əsasən M.Hacınskinin çıxışı dənizkənarı bulvarın salınmasında önəmli rol oynayır. Aprelin 9-da “Kaspi” qəzetinin 77-ci sayında Hacınskinin Dənizkənarı bulvarın tikintisi ilə bağlı iclasdakı məruzəsi çap olunur. O, çıxışında şəhərdə yeganə olan Mixaylovski bağının azlıq etdiyini, şəhər əhalisinin asudə vaxtını keçirməsi üçün geniş bir yerin ayrılmasının zəruriliyini vurğulayır. Hacınski çıxışında əsaslandırıb ki, yeni salınacaq dənizkənarı bulvardakı çiçək və sərinləşdirici su köşkləri şəhər büdcəsinə müntəzəm olaraq ayda 4-6 min rubl gəlir gətirəcək. Nəticədə Bakı Şəhər Duması bulvarın salınmasının əhəmiyyətini nəzərə alaraq, bu layihənin icrasına 10 min rubl ayırır. M.Hacınskinin bu layihəsi Bulvarın salınması tarixində ilk maliyyələşdirilmiş sənəd idi.

Aparılan tədqiqatların nəticəsi Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutuna, Memarlıq və İncəsənət İnstitutuna, Azərbaycan Respublikası Memarlar İttifaqına rəsmi olaraq təqdim olunub. Yekun olaraq bu qurumlar Dənizkənarı bulvarın yaradılma tarixinin 7 aprel 1909-cu ildən başlanmasına dair müsbət rəylər veriblər.

Qeyd edək ki, bu il Dənizkənarı bulvarın yaradılmasının 110 ili tamam olur. Bu münasibətlə il ərzində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır

# 3251 dəfə oxunub

Oxşar xəbərlər

Nobel mükafatlarının açıqlanacağı tarixlər məlum olub

Nobel mükafatlarının açıqlanacağı tarixlər məlum olub

18:13 5 sentyabr 2025
Səyavuş Aslan kimdir?

Səyavuş Aslan kimdir?

16:55 5 sentyabr 2025
Aktyor Jak Şarrye vəfat edib

Aktyor Jak Şarrye vəfat edib

16:01 5 sentyabr 2025
Çexiyada qadın gəzinti zamanı xəzinə tapdı

Çexiyada qadın gəzinti zamanı xəzinə tapdı

15:30 5 sentyabr 2025
"Gəncləri ölümə aparan adrenalin?!" - Yüksək sürətlə məzara yaxınlaşanlar

"Gəncləri ölümə aparan adrenalin?!" - Yüksək sürətlə məzara yaxınlaşanlar

15:00 5 sentyabr 2025
Memarlıq abidəsinin fasadına zərər yetirən metal konstruksiyalar sökülür

Memarlıq abidəsinin fasadına zərər yetirən metal konstruksiyalar sökülür

14:28 5 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər