Nəsiminin Daşkənddə kitabı çap olunub

Nəsiminin Daşkənddə kitabı çap olunub
19 mart 2019
# 16:18

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə böyük Azərbaycan şair və mütəfəkkiri İmadəddin Nəsiminin “Cananı sevərmən” adlı kitab Daşkənddə özbək dilində çap olunub.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Azərbaycanla yanaşı, xarici ölkələrdə də çoxsaylı tədbirlər, layihələr həyata keçirilir. “Cananı sevərmən” kitabı İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili”nə həsr olunub.

Kitabı orijinaldan özbək dilinə tanınmış alim və tərcüməçi Tahir Qəhhar çevirib.

Nəşrin elmi məsləhətçisi filologiya elmləri doktoru Sona Vəliyevadır. Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan Nəsimi irsinə dair əlyazmaların surətləri, habelə Nəsiminin rübailəri əsasında tanınmış azərbaycanlı xəttat Qulamhüseyn Darabadinin hazırladığı miniatürlərin surətləri də yer alıb.

Layihənin rəhbəri, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov nəşrə yazdığı “Ön söz”də şairin Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlər yaratdığını bildirib, Nəsimi yaradıcılığının dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. S.Abbasov Azərbaycan ədəbiyyatında həm də eşq şairi kimi tanınan Nəsiminin bu qəbildən olan şeirlərinin fəlsəfi baxımdan dünya poeziyasının inciləri siyahısına daxil edildiyini qeyd edib, şairin əsərlərinin Azərbaycanla yanaşı, Yaxın Şərq, İraq, Kiçik Asiya, eləcə də Orta Asiyada geniş şöhrət qazandığını yazıb.

Kitabın Daşkənddə və Bakıda Azərbaycan və özbək alimlərinin iştirakı ilə geniş təqdimat mərasiminin keçirilməsi, habelə Özbəkistan və Azərbaycanın aparıcı kitabxanalarına hədiyyə edilməsi planlaşdırılır. /azertag.az/

# 2182 dəfə oxunub

Oxşar xəbərlər

"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

15:30 26 aprel 2024
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

15:00 26 aprel 2024
Məşhur reper edam olunacaq

Məşhur reper edam olunacaq

14:30 26 aprel 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

14:00 26 aprel 2024
# # #