Bakıda beynəlxalq müsabiqə keçiriləcək

Bakıda beynəlxalq müsabiqə keçiriləcək
14 mart 2019
# 09:52

Aprelin 2-dən 8-dək Bakıda gənc ifaçıların “World harmony” beynəlxalq klassik və folklor musiqi müsabiqəsi keçiriləcək.

Müsabiqə MDB iştirakçı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə maliyyə və təşkilati dəstəyilə reallaşacaq.

Baş İdarədən bildirilib ki, müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) təxminən 300 nəfərə yaxın ifaçı və onlarca kollektivin iştirakı gözlənilir.

Müsabiqənin münsiflər heyəti ölkəmizlə yanaşı, Belarus, Fransa, Gürcüstan, İsrail, Qazaxıstan, Litva, Macarıstan, Rusiya, Ukrayna kimi ölkələrdən dəvət olunmuş görkəmli mütəxəssislərdən ibarətdir. Müsabiqə ərəfəsində dünya şöhrətli peşəkar musiqiçilər tərəfindən fortepiano, vokal, simli, nəfəs alətləri ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq.

Aprelin 4-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Sankt-Peterburq musiqi liseyinin ümumrusiya və beynəlxalq müsabiqə laureatları olan müəllim və şagirdlərinin iştirakı ilə konsert və aprelin 7-də müsabiqə qaliblərinin möhtəşəm qala-konserti, mükafatlandırma mərasimi keçiriləcək. Seçilmiş iştirakçılara hədiyyələr və pul mükafatları təqdim olunacaq.

# 1851 dəfə oxunub

Oxşar xəbərlər

Necə yerimək lazımdır? - Vüqar Van

Necə yerimək lazımdır? - Vüqar Van

09:00 26 aprel 2024
Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
# # #