İspaniyada türk serialları bumu

İspaniyada türk serialları bumu
4 mart 2019
# 17:56

İspaniyada getdikcə populyarlaşan türk serialları Latın Amerikası ölkələrinin istehsalı olan “sabun operaları”nın yerini sürətlə tutur.

Azərtac “Mediaset” qrupuna istinadla xəbər verir ki, İspaniya Rumıniya, Bolqarıstan və Slovakiyada çox populyar olan türk serialları dəbinə birdən-birə qapılmayıb. Yalnız bu məhsul başqa ölkələrdə tamaşaçıların rəğbətini qazanandan sonra İspaniyanın media şirkətləri onu ölkə bazarına çıxarmağı qərara alıblar. Nəticədə “Qara sevda” və “Cəsur və gözəl” serialları “Mediaset”in internet portallarında ən baxımlı filmlər cərgəsinə daxil olub.

Ekspertlər bildirirlər ki, tamaşaçılar klassik “sabun operaları” və narkotik alverçiləri haqqında standart süjetli seriallardan beziblər və yeni məhsullar tələb edirlər. Onların fikrincə, Latın Amerikası serialları ilə müqayisədə türk serialları daha müasir, tamaşaçı ilə daha güclü emosional əlaqə yaradan sosial dramlardır. Bu filmlər çəkilişlərin üslubu və təbiətdə olan səhnələrin bolluğu ilə də seçilir.

# 1023 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
#
#
# # #