Türkiyə jurnalı azərbaycanlı yazıçıya geniş yer verib

Türkiyə jurnalı azərbaycanlı yazıçıya geniş yer verib
17 iyun 2018
# 16:28

Türkiyənin nüfuzlu yayın şirkətlərindən olan “Ferfir” azərbaycanlı yazıçı Əlabbası (Bağırov) türkdilli oxuculara təqdim edib.

Kulis.az azərtaca-a istinadən xəbər verir ki, “Ferfir”in aylıq nəşri olan “Temrin” jurnalı növbəti nömrəsində Əlabbasın həyat və yaradıcılığına geniş yer ayırıb. Nömrədə yazıçının bioqrafiyası verilir və bədii yaradıcılığından bəhs olunur. Bundan başqa, yazıçının ayrı-ayrı vaxtlarda dərc olunan iki böyük müsahibəsi də oxuculara təqdim edilir. Yazıçı müsahibələrində müasir Azərbaycan ədəbiyyatında gedən proseslər, ədəbiyyatın cəmiyyətin inkişafındakı rolu və s. məqamlara dair dəyərli fikir və mülahizələrini bölüşür. Yazılarda yazıçının həyatının müxtəlif məqamlarını əks etdirən, o cümlədən tanınmış elm və mədəniyyət xadimləri, ədəbiyyat adamları ilə fotoları da yerləşdirilib.

“Azərbaycan aydınları Əlabbas Bağırov haqqında” hissədə isə müasirləri və qələm dostları yazıçının yüksək insani keyfiyyətləri, onun nadir ədəbi üslubu haqqında düşüncələrini bölüşüblər.

Jurnalda həmçinin Əlabbasın “Bitişik masalar” və “Rəzalət” hekayələri də türkdilli oxucuların ixtiyarına verilib.

Türk dünyası ədəbiyyatını tanıtmağı qarşısına məqsəd qoyan “Ferfir” jurnalının Əlabbasın yaradıcılığına maraq göstərməsi təsadüfi deyil. Son vaxtlar yazıçının hekayələri türk, rus, ingilis və fars dillərinə tərcümə olunmaqla oxucu çevrəsini sürətlə genişləndirir.

Yazıçı-publisist Şərəf Yılmazın rəhbərliyi ilə fəaliyyət göstərən “Ferfir” yayınçılıq şirkəti Azərbaycan ədəbiyyatının, şair və yazıçılarımızın təbliğinə üstünlük verir.

Qeyd edək ki, Əlabbas Bağırov "Qiyamçı", "Qaraqovaq çölləri", "Köhnə kişi", "Gümüşü gecələr", "Gözəl", "Halal qan", "Mərənd ölüsü" kimi əsərlərlə ədəbiyyatımızın daha da zənginləşməsinə böyük töhfələr verib. Yazıçının ədəbi ictimaiyyət arasında ilk əsərinin adı ilə - “Köhnə kişi” kimi tanınması da onun bənzərsiz və özünəməxsus yaradıcılıq üslubundan irəli gəlir. Cari ilin may ayında İranın Təbriz şəhərində nəşr olunan “Məhdi-Təməddün” və Urmiyanın “Dəniz” qəzetləri müasir ədəbiyyatımızda “hekayə ustası” titulu ilə oxucuların rəğbətini qazanan Əlabbasın “Yolda adam” hekayəsini dərc edib.

# 814 dəfə oxunub

Oxşar xəbərlər

"Puma x Fenty" brendinin yeni siması - Foto

"Puma x Fenty" brendinin yeni siması - Foto

11:30 26 aprel 2024
Mir Cəlal Paşayev  - 116

Mir Cəlal Paşayev - 116

11:00 26 aprel 2024
Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

10:30 26 aprel 2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

10:00 26 aprel 2024
Necə yerimək lazımdır? - Vüqar Van

Necə yerimək lazımdır? - Vüqar Van

09:00 26 aprel 2024
Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
# # #