Şamaxıda Sabir günləri keçirilib

Şamaxıda Sabir günləri keçirilib
31 may 2018
# 13:45

Mayın 30-da Şamaxıda “Sabir poeziya günləri” çərçivəsində ənənəvi tədbir keçirilib.

Şamaxı rayon mədəniyyət şöbəsindən Kulis.aza verilən xəbərə görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, “Sabir poeziya günləri” təşkilat komitəsinin sədri Əjdər Ol, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, əməkdar artist Ağalar Bayramov və respublikanın digər tanınmış şair və yazıçıları, rəssamları, həmçinin TÜRKSOY-un xətti ilə Türkiyədən gəlmiş qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzüblər. Daha sonra M.Ə.Sabirin və S.Ə.Şirvaninin qəbirüstü abidələri ziyarət edildikdən sonra tədbir Şamaxı rayon Mədəniyyət Mərkəzində davam edib.

Tədbiri giriş sözü ilə şair Əjdər Ol açıb, şairin keçdiyi çətin həyat yolundan, yaradıcılığından, onun şeirlərinin Azərbaycan ədəbiyyatındakı mühüm yerindən danışıb.

Daha sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Sabir poeziya bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi olan Mirzə Ələkbər Sabirə göstərilən dövlət qayğısından, ustad sənətkara sonsuz ehtiramdan söz açıb.

AYB-nin sədri, xalq yazıçısı Anar 1961-ci ildən başlayaraq hər il şairin doğum günündə keçirilən “Sabir poeziya günləri”nin əhəmiyyətindən danışıb, Sabirin damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımız üçün əbədi qürur mənbəyi olduğunu vurğulayıb.

Tədbirdə AYB-nin katibi Rəşad Məcid, AYB-nin məsul əməkdaşı Xəyal Rza, Türkiyədən olan şair və yazıçılar çıxış edərək bu il 8-ci dəfə keçirilən “Şairlər günü”nün əhəmiyyətindən danışıb, belə tədbirlərin Türk dünyasının böyük şəxsiyyətləri, şair və yazıçılarının bütün türk ölkələrində qarşılıqlı tanınmasına, türk birliyinin daha da möhkəmləndirilməsində müstəsna xidmətləri olduğunu bildirib.

Tədbirdə qiraət ustası, əməkdar artist Ağalar Bayramov şairin şeirlərini səsləndirib, aşıq Ağamurad Şirvanlının ifasında aşıq mahnıları, xanəndə Habil Şıxəliyevin ifasında muğam və xalq mahnıları səsləndirilib.

# 969 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #