VIII Beynəlxalq Şairlər Günü qeyd ediləcək

VIII Beynəlxalq Şairlər Günü qeyd ediləcək
22 may 2018
# 09:41

Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası, Mədəniyyət Nazirliyi, Milli Kitabxana, TİKA, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyilə may-iyun aylarında VIII Beynəlxalq Şairlər Günü qeyd olunacaq.

Kulis.azın AYB-yə istinadən verdiyi məlmata görə VIII Şairlər Günü bölgələrdə də qeyd ediləcək. Bölgələrdə təşkil ediləcək Şairlər Günü ölkəmizlə yanaşı, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan şairlərin də xatirəsinə həsr ediləcək.

Şairlər Günü mayın 29-da Tbilisidə Zəlimxan Yaqub və Alıkul Osmanovun, mayın 30-da Şamaxıda Fikrət Sadıq və Rauf Parfinin (Sabir poeziya günləri çərçivəsində), mayın 31-də Gəncədə Nigar Rəfibəyli və Nigar Binti Osmanın, iyunun 1-də Şəmkirdə Əhməd Cavad və Mehmet Akif Ersoyun, iyunun 2-də Tovuzda Mikayıl Azaflı və Cambul Cabayevin, iyunun 4-də Sumqayıtda Əli Kərim, Qabil və Abdurrahman Karakoçun, iyunun 5-də Bakıda Mikayıl Müşfiqin (Xəzərə gülsəpmə mərasimi), iyunun 6-da Bakıda Mükayil Müşfiqin (110 illiyi), iyunun 7-də Beyləqanda Mücirəddin Beyləqani və Abdulhamid Süleyman Çolpan, iyunun 8-də Şabranda Xaqani Şirvaninin (Xaqani poeziya günləri çərçivəsində) xatirəsinə həsr ediləcək.

Şairlər Günü bütövlükdə poeziyaya, həm də milli şeirimizin çox sevilən nümayəndələrinə olan hörmətin təzahürüdür.

Tədbirlər çərçivəsində Türkiyədən gətiriləcək 15 min kitab da bölgələrdə kitabxanalara hədiyyə ediləcək.

# 890 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #