Azərbaycanlı tələbə ABŞ-da klip çəkdirdi - VİDEO

Azərbaycanlı tələbə ABŞ-da klip çəkdirdi - <span style="color:red;">VİDEO
18 may 2018
# 12:40

Azərbaycanlı vokalist, beynəlxalq müsabiqələrin laueratı, prezident təqaüdçüsü Emin Eminzadə ABŞ-da “Behind the Curtain” mahnısına çəkdirdiyi klipi təqdim edib.

Mahnının sözü və musiqisi Eminə məxsusdur. Bu işdə ona “Qremmi” mükafatçısı, məşhur amerikalı bəstəkar Karl Karter kömək edib. Karl Aşer, Canet Cekson, Karli Rey Cepsen kimi dünya ulduzları ilə işləyib.

Mahnının aranjemanı Dryu Skota məxsusdur. Dryu Tiana Teylor, Nik Conas, Zenday, Ceyson Derulo kimi müğənnilərlə işləyib.

Klipin rejissoru Emin Eminzadədir. Çəkilişlər Hollivudda baş tutub. Emin artıq bir sıra KİV-lərə müsahibə verib, radio verilişlərdə qonaq olub.

Qeyd edək ki, vokalist Qazaxıstanda keçirilən “Qızıl mikrofon”, İtaliyada keçirilən “Elia Catalano”, İspaniyada keçirilən “Opus-2012” beynəlxalq müsabiqələrin laureatı olub.

Müğənni ABŞ-ın Texas ştatında tələbə mübadiləsi əsasında təhsil alır. O, “American Musical and Dramatic Academy”də təhsil alan ilk azərbaycanlıdır./olke.az/

# 950 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #