Fuad Poladov dəfn olundu – YENİLƏNİB

Fuad Poladov dəfn olundu  – <span style="color:red;">YENİLƏNİB
5 may 2018
# 15:11

Azərbaycanın xalq artisti Fuad Poladov dəfn olunub.

Kulis.azın APA-ya istinadən verdyi xəbərə görə, mərhum sənətkarla vida mərasimi başa çatandan sonra cənazə namazı qılınıb.

Fuad Poladov Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

***

10:43

Azərbaycanın xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.

Kulis.azın APA-ya istinadən verdiyi xəbərə görə, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Xalq artsidi Rasim Balayev Fuad Poladovun itkisinin onun üçün çox ağır olduğunu deyib: "Böyük sənətkarımızı itirdik. Fuad Poladov Azərbaycan teatrında, kinosunda sütun idi. Bu gün o sütunu itirdik. Bizim teatr və kino sahəsində onun ağılasığmaz zəhmətləri var. Poladov dahi şəxsiyyət kimi yetişmişdi. O, sənət aləmi ilə bağlı danışan bəzi ağzıgöyçəklərin cavabını verirdi. Fuad Poladov göstərdi ki, bu sənətdə uğura nail olub, şəxsiyyətini qorumaq mümkündür".

Xalq artsiti Fəxrəddin Manafov Fuad Poladovun onun üçün hər zaman örnək olduğunu bildirib: "Çox ağır gündür. Onun kimi sənətə fədai kimi yanaşan sənətkarı fikrimə gətirə bilmirəm. Onu hamımız çox istəyirdik. Fuad Poladovun itkisi bütün Azərbaycan üçün ağırdır. Ruhu şad olsun".

Xalq artisti Hacı İsmayılov isə deyib ki, Fuad Poladov kimi aktyorun yetişməsi üçün vaxt, zaman lazımdır: "Onun vəfatı xəbəri bütün sənət adamlarını sarsıdıb. Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi adından Fuad Poladovun yaxınlarına, ailəsinə və sənət ictimaiyyətinə başsağlığı veririk. Allah ona rəhmət eləsin, ruhu şad olsun. Fuad Poladov Akademik Milli Dram Teatrının səhnəsində çox gözəl obrazlar yaradıb, bu obrazlar hər kəs tərəfindən sevilib".

Ailəsindən bildirilib ki, vida mərasimi 14.00- dək davam edəcək.

Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

F. Poladov vida mərasiminin evində keçirilməsini və "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.

***

09.11

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Azərbaycanın xalq artisti Fuad Poladov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Ailəsindən Lent.az-a verilən məlumata görə, o, dünən gecə dünyasını dəyişib. Xalq artisti uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhumun nəşi saat 1-də evindən götürüləcək.

Allah rəhmət eləsin!

# 905 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #