CinemaPlusun rəhbəri: “...Namiq Ağayev dəhlizdə yatırdı”

<span style="color:red;"> CinemaPlusun rəhbəri:  “...Namiq Ağayev dəhlizdə yatırdı”
4 may 2018
# 12:38

“Namiq Ağayev piar qurmaq üçün bizim nüfuzumuzdan istifadə edir.” Bu sözləri Kulis.aza açıqlamasında CinemaPlus kinoteatrlar şəbəkəsinin idarə heyətinin üzvü, rejissor-prodüser Cəfər Axundzadə bildirib.

O, daha sonra əlavə edib ki, aktyor-rejissor Namiq Ağayevin “Ol” filminin premyerası zamanı CinemaPlus tərəfindən hər bir şərait yaradılıb: “Filmin premyerası zamanı səs problemi yaşanıbsa bu onların səhlənkarlığıdır. Bizim bu filmlə heç bir qəsdimiz ola bilməz. CinemePlus kinoteatrları premium kinoteatrlarıdır. Yəni burda pop-kornun yağı belə xaricdən gətirilir, o ki, qaldı texnikamız ola. Namiq bəyin filminin premyerasının getdiyi zal Dolbi Atmos zalıdır. Bu, Qafqazda yeganə bu formatda olan zaldır. Bu günədək CinemaPlus kinoteatrlar şəbəkəsində təqdimatı baş tutan heç bir film ilə səs və ya görüntü problemi yaşanmayıb. 2 il müddətində ərsəyə gələn film kinoteatra qala premyera günü təhvil verilib. Biz Namiqə dəfələrlə dedik ki, sizin filmin standartları bizim texnikanın tələblərinə cavab verə bilməyəcək. O isə bizə qulaq asmadı, üstəlik filmin nümayişi üçün gətirdiyi rəqəmsal daşıyıcısı neçə dəfə tələblərə cavab vermədi. Bizim əməkdaşlar səhərə qədər filmi yoxlayıblar, ancaq onlar bununla məşğul olduqları zaman Namiq Ağayev dəhlizdə yatırmış. Mən bunları demək istəmirəm, Namiq Ağayev məcbur edir. Yəni biz və bizim əməkdaşlar əlimizdən gələni eləmişik.”

CinemaPlusun idarə heyətinin üzvü daha sonra əlavə edib ki, onlar “Ol” filminin nümayişi üçün bir həftəlik müqavilə bağlasalar da, ikinci həftəyə keçib, hələ nümayişdən çıxarmayıblar. Bununla belə gəlib baxan yoxdur, zallar boşdur: “Namiq iddia edir ki, biz başqa filmləri nümayişdən çıxarmaq üçün haqsız rəqabət aparırıq. Düz demir. Mən Namiq Ağayevin filminə baxmışam, çox da gözəl filmdir, amma janrı elədir ki, nə bizim “Kəklikotu” filmi ilə rəqabət aparacaq səviyyədədir, nə də ki, başqa filmlərlə. Çünki bizim filmlər kütləvi, “Ol” isə sənət filmidir. Əgər Namiq filmini piar etmək üçün bu yolu seçibsə çox səhv edib, bu piar deyil, belə piar olmur.”

Xatırladaq ki, “Ol” filminin rejissoru, aktyor Namiq Ağayev Kulis.aza açıqlamasında CinemaPlus kinoteatrlar şəbəkəsinin filmin premyerası zamanı qəsdən texniki problem yaratdığını demişdi.

# 926 dəfə oxunub

Oxşar xəbərlər

Necə yerimək lazımdır? - Vüqar Van

Necə yerimək lazımdır? - Vüqar Van

09:00 26 aprel 2024
Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
#
#
# # #