Amerikada Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib

Amerikada Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib
30 aprel 2018
# 09:56

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşkilatçılığı və ABŞ Milli Park Xidmətinin dəstəyi ilə ABŞ paytaxtının ən məşhur tarixi məkanlarında Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan Demokratik Respublikasının yaranmasının100 illiyi ilə əlaqədar olaraq silsilə tədbirlər çərçivəsində ABŞ-ın Bruklin (Nyu-York) şəhərində fəaliyyət göstərən “My Way” mərkəzinin Qafqaz Ritm (My Way Center Rhythms of Caucasus NYC) adlı uşaq rəqs qrupu Vaşinqtonun ən populyar turizm mərkəzlərindən olan Tomas Ceferson Memorial,Vaşinqton Abidəsi, Linkoln Memorial və Ağ Evin qarşısında valehedici Azərbaycan milli rəqslərini nümayiş etdirib. Amerikanın banilərinin şərəfinə qoyulan abidələr bu dəfə Azərbaycan Demokratik Respublikasına həsr olunmuş musiqi milli bayramın tərkibi hissəsi olub. Qeyd edək ki, müxtəlif millətlərin nümayəndələrindən ibarət olan olan My Way rəqs qrupu ABŞ və dünyanın digər ölkələrində tədbir və festivallarda aktiv iştirak etməklə Azərbaycan və ümumi Qafqaz mədəniyyətini və musiqisini tanıdır.

Bu ilin aprel ayında Vaşinqton şəhərində qrupun rəhbəri Alyona Bədəlovanın rəhbərliyi ilə ifa olunan rəqslər ziyarətçilər tərəfindən maraqla qarşılanaraq alqışlanıb. A. Bədəlova rəqslərin milli mədəniyyətin tərkib hissəsi olaraq xarici ölkələrdə nümayiş etdirilməsi və Azərbaycan Demokratik Republikasının 100 illik yubileyində Azərbaycanın qədim mədəniyyətinin tanınması xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Çoxmillətli rəqs qrupunun Azərbaycanın zəngin və inkluziv mədəniyyətini Azərbaycan Demokratik Republikasının 100 illiyində təqdim etməsi bir daha Azərbaycanın açıq tolerant cəmiyyət olduğunu nümayiş etdirib.

İlk olaraq rəqslərin nümayişi məşhur Tomas Ceffersonun Memorialında başlayıb, sonra Vaşinqton abidəsi və Linkoln Memorialında davam etdirilib. Son olaraq Ağ Evin qarşısında çıxış edən uşaqlardan ibarət rəqs qrupu“Yallı” və “Azərbaycan” rəqslərini ifa ediblər.“Yallı” ifa olunarkən ətrafda toplaşan çoxsaylı izləyicilər, şəhər sakinləri və turistlər rəqsə və bayram əhval ruhiyyəsinə qoşulublar.

Qeyd edək ki, bu təcrübə Vaşinqtonda bir ilkə imza atıb. Vaşinqtonun mərkəzində Azərbaycanın rəqsləri sosial şəbəkələrdə böyük maraq və əks-səda doğurub.

# 779 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reper edam olunacaq

Məşhur reper edam olunacaq

14:30 26 aprel 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

14:00 26 aprel 2024
"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

13:30 26 aprel 2024
“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü”  adlı sərgi açıldı

“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açıldı

13:00 26 aprel 2024
Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

12:47 26 aprel 2024
Tahir Tahiroviçin kitabının təqdimatı olacaq

Tahir Tahiroviçin kitabının təqdimatı olacaq

12:46 26 aprel 2024
#
#
# # #