İlk milli superqəhrəman gəlir - YENİ NƏŞR

İlk milli superqəhrəman gəlir - <span style="color:red;">YENİ NƏŞR
18 aprel 2018
# 11:13

Son dövrlərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaq ədəbiyyatı mistik və fentezi janrına meyillənir. Bu isə təbii olaraq, ədəbiyyatda yeni obrazların yaranması deməkdir. Gənc yazıçı Xülya Cəfərovanın yeni çapdan çıxacaq ilk kitabı olan “Külək – Yel kürəsinin şahzadəsi” ilk milli superqəhrəmanlarla yadda qalacaq.

Bu günlə mistik keçmişi birləşdirən hekayənin əsas qəhrəmanı sehrli qüvvəyə sahib olan Külək adlı balaca qızdır. Yel kürəsinin sakini və şahzadəsi olan Külək təsadüfən Yer kürəsinə səyahət edir və beləliklə öz planetini şər qüvvələrdən necə xilas edəcəyini öyrənir.

Bu işdə ona xeyirxah dostları – özü kimi balaca əkiz bacılar kömək edirlər. Külək və dostlarının başına gələn həm qəribə, həm də oxucunu daim həyəcanda saxlayan hadisələrin çoxu Bakıda, Yanardağda, Atəşgahda, Qız Qalasında cərəyan edir. ASAN Könüllülük Məktəbinin məzunu olan gənc müəllif Xülya Cəfərova gələcəkdə də uşaqlar üçün fantastik hekayələr yazmaq fikrindədir.

Azərbaycan uşaq ədəbiyyatının ilk milli superqəhrəmanlarının başına gələnlərdən bəhs edən bu kitab “TEAS Press” Nəşriyyatı Evi tərəfindən “3 alma” əmtəə nişanı ilə nəşr edilərək tezliklə balaca oxuculara təqdim olunacaq.

# 1587 dəfə oxunub

Oxşar xəbərlər

Necə yerimək lazımdır? - Vüqar Van

Necə yerimək lazımdır? - Vüqar Van

09:00 26 aprel 2024
Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
# # #