“Xətayi” xalçasının təqdimatı olub

“Xətayi” xalçasının təqdimatı olub
5 aprel 2018
# 09:52

Azərbaycan Xalça Muzeyində “Bakı xalçaları. Yeni çeşnilər” kitabının təqdimatı, yeni hazırlanmış xalça və çeşnilərdən ibarət sərgi keçirilib.

APA-nın xəbərinə görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Xalça Muzeyi və Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın təşkilatçılığı ilə baş tutub.

Bildirilib ki, RİİB və Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın həyata keçirdiyi “Bakı xalçaları. Yeni çeşnilər” layihəsi çərçivəsində Bakı qrupuna aid yeni 29 xalça çeşnisi tərtib olunub. Bunların əsasında xalçalar toxunub, “Bakı Xalçaları. Yeni çeşnilər” adlı kitab hazırlanıb.

“Bakı Xalçaları. Yeni çeşnilər” adlı kitabda Bakı kəndlərinin tətbiqi sənət tarixi, klassik sənətkarlıq ənənələri, yeni yaradılan çeşnilər, Bakı xalçaçılıq qrupu haqqında məlumatlar əksini tapıb. Kitab ölkənin görkəmli xalça mütəxəssisləri və sənətşünaslarının iştirakı ilə tərtib edilib. Burada Azərbaycanın xalçaçılıq sənəti, klassik Bakı xalçaları, xüsusilə yeni yaradılmış xalça çeşniləri haqqında geniş məlumat verilir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan xalça məktəbi qədim tarixə malikdir: "Azərbaycan xalçaları, Azərbaycan muğamı, Azərbaycan mətbəxi bu gün ölkədə hüdudlarından kənarda tanınır. Bu işdə Azərbaycanın Birinci vitse - prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Mehriban xanımın, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə Zirə Mədəniyyət Mərkəzi – Eko-Park yaradılıb. Mərkəzin fəaliyyət istiqamətlərinə Zirə Xalça Muzeyi, Xalça Tədrisi Mərkəzi və Xalçaçılıq Müəssisəsi də daxildir. Bakının 32 qədim kəndi var. Artıq Bakının 29 kəndinə aid xalça çeşniləri “Bakı Xalçaları. Yeni çeşnilər” adlı kitabda yer alıb".

Nazir yerli sahibkarlara müraciət edib. Ə. Qarayev xarici ölkə muzeylərində saxlanılan Azərbaycan xalçalarının ölkəyə gətirilməsi prosesində sahibkarları fəal olmağa çağırıb: "Xaricdə müxtəlif kolleksiyalarda saxlanılan Azərbaycana məxsus xalçaların Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizə qaytarılması mədəniyyətimiz üçün böyük töhfədir. Azərbaycanın Qarabağ xalçaçılıq məktəbinin çox əhəmiyyətə malik olan daha bir xalçası bu gün vətənimizə qaytarılıb. Azərbaycan mədəniyyəti üçün böyük tarixi hadisə olan bu təşəbbüsə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirmək istərdim".

Daha sonra tədbir iştirakçıları yeni hazırlanmış xalça və çeşnilərdən ibarət sərgi, eyni zamanda XVII əsrə aid Qarabağın tanınmış “Xətayi” xalçası ilə tanış olublar. "Xətayi" xalçası Azərbaycan xalçaları içərisində özünəməxsus yer tutur. Bu xalçalar vaxtilə Qarabağda toxunub və İpək Yolu vasitəsilə xarici ölkələrə daşınıb və ölkədə belə xalçalardan qalmayıb. "Xətayi" xalçası Heydər Əliyev Fondu tərəfindən muzeyə verilən ikinci hədiyyədir. 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizə gətirilən XVIII əsrə aid qədim Şirvan tikmə nümunəsi də Xalça Muzeyinə təqdim edilib.

“Bakı xalçaları. Yeni çeşnilər” sərgisi aprelin 15-dək davam edəcək.

# 1096 dəfə oxunub

Oxşar xəbərlər

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

15:00 26 aprel 2024
Məşhur reper edam olunacaq

Məşhur reper edam olunacaq

14:30 26 aprel 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

14:00 26 aprel 2024
"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

13:30 26 aprel 2024
“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü”  adlı sərgi açıldı

“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açıldı

13:00 26 aprel 2024
Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

12:47 26 aprel 2024
#
#
# # #