Namiq Ağayevin “Ol” filminin tizeri yayımlanıb - VİDEO

Rejissor, aktyor Namiq Ağayevin bir il əvvəl çəkilişlərini bitirdiyi “Ol” filminin ilk rəsmi treyleri yayılıb.

 

Kulis.az-ın rejissordan aldığı məlumata görə, filmin premyerasının yaxın aylar ərzində keçirilməsi planlaşdırılır.

 

Run film, Turan film, Play company-nin iştirakı ilə çəkilən filmdə əsas rollarda Namiq Ağayev, Fikrət Məmmədov, Salman Tuncar, Vüsalə Ağayeva, Svetlana Həşimova çəkilib. Filmin quruluşçu operatoru Ramin Asimoğludur.

 

Rejissor filmi janrların sərhəddində çəkdiyini, onu hansısa bir konkret janra aid etmədiyini bildirir: “Mən darıxdırıcı arthaus kinosu ilə şıt kommersiya komediyasını sintez etmişəm, darıxdırıcı və şit olmayan arthaus çəkmişəm. Mənim fikrimcə kino darıxdırıcı olmamalı, hamıya anlaşılan olmalıdır. Çünki kino kütləvi sənətdir. Amma bununla belə “Ol” müəllif kinosudur”.

 

Filmin süjet xətti uğursuzluğun addımbaddım izlədiyi iki qardaşın üzərində qurulub. Onlardan biri kino sahəsində öz uğursuzluqlarını davam etdirir. Bədbinliyə qapıldıqları bir zamanda Eliza Dulitla bənzəyən gözəl qızla tanış olurlar. Qadın onlar üçün böyük ümid olur.

 

 

 

LENT

25 İyun 2018
24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018