Azərbaycan prezidenti teatr direktoruna orden təqdim edib

Azərbaycan prezidenti teatr direktoruna orden təqdim edib
6 mart 2018
# 12:50

Azərbaycan prezidenti İlham Əliyev Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevə “Dostluq” ordenini təqdim edib.

APA-nın məlumatına görə, dövlət başçısı Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevin keçən il qeyd olunan yubileyi münasibətilə təbriklərini çatdırıb və onun Azərbaycan Respublikasının yüksək ordeni olan “Dostluq” ordeni ilə təltif edildiyini vurğulayıb.

Prezident İlham Əliyev Məmmədəli Ağayevin 25 ildən artıqdır Moskva Akademik Satira Teatrının direktoru vəzifəsində işlədiyini qeyd edərək onun Rusiyada teatr sənətinin inkişafına böyük töhfə verdiyini deyib. Moskva Akademik Satira Teatrının Rusiyanın aparıcı teatrlarından biri olduğunu qeyd edən dövlət başçısı xalqımızın nümayəndəsinin uzun illər belə yüksək vəzifədə fəaliyyət göstərərək böyük hörmət qazandığını vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Məmmədəli Ağayev bu günə qədər həmişə Azərbaycanla yaxından əlaqə saxlayıb və vətənindən ayrılmayıb. Məmmədəli Ağayevin Rusiya-Azərbaycan əlaqələrinin inkişafında rolunu yüksək qiymətləndirən prezident İlham Əliyevbildirib ki, ikitərəfli münasibətlərimizin inkişafında mədəniyyət əlaqələri xüsusi rol oynayır. Ölkələrimizin humanitar sahədə çox uğurlu əməkdaşlıq etdiyini deyən dövlət başçısı qeyd edib ki, Məmmədəli Ağayev bütün bu işlərə fəal töhfə verir. Prezident İlham Əliyev keçən il imzaladığı sərəncamla Məmmədəli Ağayevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyini bir daha bildirib və ordeni ona təqdim edib.

Bir çox dövlət mükafatlarına layiq görüldüyünü qeyd edən Məmmədəli Ağayev Azərbaycan Respublikasının “Dostluq” ordeninin onun üçün xüsusi dəyər daşıdığını bildirib. 38 ildir Moskvada yaşadığını vurğulayan Məmmədəli Ağayev bildirib ki, bütün ömrünü teatr sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmlənməsi işinə həsr edib və bundan sonra da Rusiya-Azərbaycan mədəni əlaqələrinin yüksək səviyyədə olması üçün səylərini əsirgəməyəcək. M. Ağayev dövlət başçısına qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayıb.

# 832 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #