Milli Teatr gününə aid konfransı keçiriləcək

Milli Teatr gününə aid konfransı keçiriləcək
5 mart 2018
# 16:42

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrası 6 mart 2018-ci il tarixində “Teatr tarixində aktyor sənətinin inkişaf tendensiyaları” mövzusunda Milli teatr gününə həsr olunmuş tələbə elmi konfransı keçirəcək.

Kulis.az-ın Universitetə istinadən verdiyi xəbərə görə, konfrans çox mühüm elmi-nəzəri bir mövzunu gündəmə gətirmək, teatr sənətində aktyor sənətinin inkişaf tendensiyalarını təhlil etməklə yanaşı, tələbələrdə araşdırma vərdişlərini formalaşdırmaq, onların tədqiqatçılıq səriştələrini artırmaq məqsədini qarşıya qoyub.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə və Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə açacaq.

Konfransda ADMİU-nun Teatr sənəti fakültəsinin Teatrşünaslıq ixtisasının III kurs tələbələri (kurs rəhbəri dosent Vidadi Qafarov) çıxış edəcək.

Konfransda Sənubər Həşimova “Orta əsrlərdə dini tamaşalar: janr təsnifatı”, Əli Hacılı “Şərq ənənəvi teatr mədəniyyətində aktyor sənəti”, Fidan Hacıyeva “Postdramatik teatrda aktyor sənəti”, Kənan Kərimli “Yeji Qrotovskinin yoxsul teatr konsepsiyası”, Elvin Ağasıyev “Qordon Kreqin teatr sistemində aktyor sənəti” mövzusunda məruzələrlə çıxış edəcəklər. Konfrans Vidadi Qafarovun “Aktyor sənəti – postdramatik teatrdan əvvəl və sonra” adlı məruzəsi ilə yekunlaşacaq.

Tədbirin açılışı 6 mart 2018-ci il tarixində, saat 10.30-da ADMİU-nun əsas binasında, “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”nin konfrans zalında (1-ci mərtəbə) olacaq (Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39).

# 895 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #