Muğam ifaçılarının respublika müsabiqəsi olacaq

Muğam ifaçılarının respublika müsabiqəsi olacaq
16 fevral 2018
# 16:59

Fevralın 19-dan Bakıda xanəndə və instrumental muğam ifaçılarının V Respublika müsabiqəsinə başlanılacaq. Müsabiqə Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə Milli Konservatoriyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Konservatoriyada gerçəkləşəcək seçim turlarına 15 xanəndə və 21 instrumental ifaçı olmaqla ümumilikdə 36 iştirakçı qatılacaq.

Fevralın 24-dək davam edəcək müsabiqənin ilk turu fevralın 19-u və 21-də, 2-ci turu isə fevralın 23-də baş tutacaq. Fevralın 24-də qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. Hər iki bölmə üzrə ayrı-ayrılıqda ilk 3 yeri (6 ifaçı) tutan iştirakçılar mart ayında keçiriləcək Beynəlxalq Muğam Müsabiqəsində iştirak etmək hüququ qazanacaqlar. /azertag.az/

# 893 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

15:30 26 aprel 2024
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

15:00 26 aprel 2024
Məşhur reper edam olunacaq

Məşhur reper edam olunacaq

14:30 26 aprel 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

14:00 26 aprel 2024
"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

13:30 26 aprel 2024
“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü”  adlı sərgi açıldı

“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açıldı

13:00 26 aprel 2024
# # #