[b]Zərnigar Ağakişiyeva Qubada dəfn olunub - YENİLƏNİB[/b]

[b]Zərnigar Ağakişiyeva Qubada dəfn olunub - <span style="color:red;">YENİLƏNİB [/b]
9 fevral 2018
# 16:58

Xalq artisti Zərnigar Ağakişiyeva dəfn olunub.

APA-nın şimal bürosunun məlumatına görə, xalq artisti Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.

***

11.49

Xalq artisti Zərnigar Ağakişiyeva bu gün dəfn olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, o, doğulduğu Quba rayonunda, anasının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, aktrisanın meyiti dünən Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

Tanınmış teatr və kino aktrisa Zərnigar Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyeva kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım - İ.Əfəndiyev "Mahnı dağlarda qaldı", Zivər - Anar "Təhminə və Zaur", Kərbəlayi Fatma - C.Məmmədquluzadə "Ölülər" və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014 ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

# 844 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reper edam olunacaq

Məşhur reper edam olunacaq

14:30 26 aprel 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

14:00 26 aprel 2024
"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

13:30 26 aprel 2024
“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü”  adlı sərgi açıldı

“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açıldı

13:00 26 aprel 2024
Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

12:47 26 aprel 2024
Tahir Tahiroviçin kitabının təqdimatı olacaq

Tahir Tahiroviçin kitabının təqdimatı olacaq

12:46 26 aprel 2024
#
#
# # #