Mübariz Əsgərov: “Əsas məqsədimiz ev vermək deyil” – QALMAQAL

Mübariz Əsgərov: “Əsas məqsədimiz ev vermək deyil” – QALMAQAL
5 fevral 2018
# 15:21

Xəbər verdiyimiz kimi, gənc şair Rauf Qərib ARB telekanalında yayımlanan “Xalqın şairi” layihəsi haqqında özünün Facebook səhifəsində qalmaqallı status yazaraq, bildirib ki, verilişin müəllif və aparıcısı Mübariz Əsgərova ideyanı o verib.

Şair iddia edir ki, mükafata Şəkidəki bağ evini qoyacağını söz verib və birinciliyin ona verilməsi üçün Mübariz Əsgərovla razılaşıb. Sonra fikrindən daşınıb. Buna görə “Xalqın şairi” layihəsinin finalı gecikdirilərək mart ayına saxlanılıb.

Məsələ ilə bağlı Kulis.aza açıqlama verən M.Əsgərov şair Rauf Qəribi tanımadığını söyləyib: “Mən o Rauf Qəribdi, kimdi, onu tanımıram, heç bilmirəm haranın qəribidir və nə yazıb, neyləyib, məni heç maraqlandırmır da. İşim-gücüm var əlimdə. Ona baş qoşacaq qədər bekar deyiləm.”

M.Əsgərov “Xalqın şairi” yarışmasında mükafat kimi evin olub-olmayacağına da aydınlıq gətirib: “Nə deyilibsə, o da olacaq. İnşallah ev də olacaq. Ancaq yarışmada əsas məsələ kiməsə ev verib-verməmək deyil, efir imkanı olmayan şairlərin özünü ifadə etməsinə şərait yaratmaqdır”

“Bəs niyə final mart ayına saxlanılıb?” – sualın cavab verən aparıcı bunun səbəbini müraciət edənlərin çoxluğu ilə əlaqələndirib: “Bu qədər gözləmirdik. Ona görə bizə bir az vaxt lazımdır.”

# 1395 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #