“Dünyanın gizli ocağı: Vatikan” kitabı təqdim ediləcək

“Dünyanın gizli ocağı: Vatikan” kitabı təqdim ediləcək
20 dekabr 2017
# 17:30

“XAN” nəşriyyatının “Çağdaş ədəbiyyat” seriyasında çap olunan teleaparıcı, APA TV-nin əməkdaşı İlham Tumasın “Dünyanın gizli ocağı: Vatikan” kitabının təqdimat mərasimi keçiriləcək.

Lent.az xəbər verir ki, tədbir 23 dekabr, saat 15:00-dan 17:00-dək Kitabevim.az mağazalar şəbəkəsinin “28 may” filialında baş tutacaq.

“XAN” nəşriyyatından aldığımız məlumata görə, kitabda dünyada və Azərbaycanda baş vermiş, ancaq indiyə qədər sirri açılmayan gizli olaylardan bəhs edilir. Bu kitabdan Vatikanın, mafiyanın sirlərindən tutmuş səs-küy doğuran qətllərə qədər bütün gizlinlər haqda həqiqətlər oxuyacaqsınız.

İlham Tumasın uzun sürən araşdırması nəticəsində ərsəyə gələn kitab keçmiş ictimai proseslərdən tutmuş gələcək proqnozlara qədər bir çox mövzuları özündə cəmləşdirib.

“2018-də mütləq qiyamət qopacaq. Mişel de Notrdam deyib ki, həmin il nüvə müharibəsi başlayacaq. İşdi, Notrdamın dediyi olmasa, əmin olun, 2021-də bu hadisə mütləq baş verəcək. Onda da Yer kürəsinin maqnit sahəsi “xarab olacaq”, bəşəriyyətin sonu çatacaq. İşdi, birdən bu da alınmasa, özünüzü 2036-dan qoruyun. Həmin il Apofis adında bir asteroid Yerlə toqquşmalıdı, “söz verib”. Apofis “sözündən çıxsa”, 2060-ı gözləyin. İsaak Nyuton boyda alim Bibliyadan Daniilin kitabına əsasən hesablayıb ki, Apokalipsis gələcək. Əgər Nyuton boyda adam da səhv edibsə, onda 2242-yə hazırlaşın.”

# 824 dəfə oxunub

Oxşar xəbərlər

“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü”  adlı sərgi açıldı

“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açıldı

13:00 26 aprel 2024
Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

12:47 26 aprel 2024
Tahir Tahiroviçin kitabının təqdimatı olacaq

Tahir Tahiroviçin kitabının təqdimatı olacaq

12:46 26 aprel 2024
Bakıda 21 yaşlı model faciəvi şəkildə vəfat etdi

Bakıda 21 yaşlı model faciəvi şəkildə vəfat etdi

12:33 26 aprel 2024
Farabi Film Festivalı  keçiriləcək

Farabi Film Festivalı keçiriləcək

12:25 26 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
#
#
# # #