Millət vəkili: “Gənc yazarlara maliyyə ayırmaq lazımdır”

Millət vəkili: “Gənc yazarlara maliyyə ayırmaq lazımdır”
13 noyabr 2017
# 16:18

Milli Məclisin komitələrində 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı gənc yazıçı və şairlərə əlavə maliyyənin ayrılması təklif edilib.

APA-nın məlumatına görə, əvvəlcə MM-in Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bu sahəyə diqqət ayrılmasının vacibliyindən danışıb. Sonra çıxış edən Elmira Axundova bildirib ki, hazırda Yazıçılar Birliyinin büdcəsi çox azdır, ümumiyyətlə, gənc yazarların sosial durumu ağırdır: “Nəzərə almaq lazımdır ki, onlar başqa işlə məşğul ola bilmirlər. Bunlar yaradıcı şəxslərdir. Xüsusilə, onların kitabalarının çapı, yaradıcılıq xərcləri üçün maliyyə lazımdır. Hətta elələri var ki, evsizdir. Ona görə, xahiş edirəm ki, onlara fond formasında və ya hansısa formada maliyyə ayrılmasına baxaq. Bu yaxınlarda Yazıçılar Birliyinin birinci mərtəbəsindəki məlum kafe qalmaqalı məsələsi oldu. Əlbəttə, xoşagələn hal deyildi. Amma İdarə Heyətinin iclası oldu və orada qərara gəlindi ki, artıq ora icarəyə verilməsin. Ona görə də, bu quruma maliyyənin ayrılması, xüsusilə də gənc yazarların maliyyələşməsinə baxılmasını təklfi edirəm”.

E. Axundova mədəniyyət üçün büdcədə nəzərdə tutulan 304 milyonluq vəsaitin yetərli olmadığı barədə fikirlərlə razılaşıb: "Amma bununla belə, bu boşluğu Heydər Əliyev Fondunun təşkil etdiyi kulturoloji aksiyalar doldura bilir. Bu fond Azərbaycanın birinci vitse-prezidenti, hörmətli Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində mədəniyyət sahəsi ilə bağlı mühüm tədbirlər, aksiyalar keçirir. Yəni büdcədə mədəniyyət sahəsinə ayrılan vəsait yetərli olmasa da, bu sahənin inkişafına diqqət göz önündədir".

# 809 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #