Daşkənddə özbəkcə “Xəmsə”

Daşkənddə özbəkcə “Xəmsə”
4 noyabr 2017
# 19:44

Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasında dahi Nizami Gəncəvinin “Xəmsə”sinin özbəkcə nəşrinin təqdimatı keçirilib. Əsəri orijinaldan şair və tərcüməçi Olimcan Buriyev tərcümə edib.

Kitab Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistan paytaxtındakı “İstiqlol nuri” nəşriyyatında çap edilib. Nəşrin redaktoru və “Ön söz”ün müəllifi akademik Aziz Kayumovdur.

Özbəkistan Milli Kitabxanasının direktoru Əlişir Abduəzizov Şərqin ən böyük mütəfəkkirlərindən biri, dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin dünya miqyasında təbliğinin vacibliyindən danışıb. O, Özbəkistanda ilk dəfə olaraq şairin əsərlərinin bütövlükdə özbək dilinə tərcümə edildiyini və bu istiqamətdə AMM-in fəaliyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, 1937-ci ildən Daşkənd Dövlət Pedaqoji Universiteti dahi şairin adını daşıyır və 2004-cü ildə şəhərdə Nizami Gəncəvinin abidəsi ucaldılıb.

AMM-in direktoru Samir Abbasov Nizami Gəncəvinin yaradıcılığından danışıb, şairin əsərlərinin Özbəkistanda da böyük maraq doğurduğunu vurğulayıb. “Xəmsə”nin dünya ədəbiyyatının inciləri sırasında olduğunu qeyd edən Samir Abbasov Nizami irsinin təbliği istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. O, çıxışında ulu öndər Heydər Əliyevin Nizami Gəncəvi haqqında söylədiyi fikirlərdən sitat gətirərək deyib: “Nizami elə böyük bir şəxsiyyət, elə böyük dahidir ki, onun doğum gününü on ildən, beş ildən bir deyil, hər il qeyd etmək zəruridir”.

Şair Abduləziz Mansur, Daşkənd İqtisadiyyat və Diplomatiya Universitetinin professoru Raxmon Fərman, Özbəkistanın Turan Akademiyasının həqiqi üzvü, yazıçı Maxkam Maxmudov, tarixçi Nemat Xasan, şair Nurulla Sultan Azərbaycanın zəngin ədəbiyyatının digər xalqların ədəbiyyatına, eləcə də Nizami Gəncəvi yaradıcılığının özbək ədəbiyyatının tanınmış nümayəndəsi Əlişir Nəvaiyə təsir etdiyini və onun türk dilində “Xəmsə” yaratdığını qeyd ediblər. Olimcan Buriyev Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə kitabın nəşrində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Tədbirdə, həmçinin gənclər arasında Nizami yaradıcılığına dair viktorina keçirilib, qaliblərə “Xəmsə” kitabı hədiyyə olunub. Sonda Nizami yaradıcılığına dair sənədli film nümayiş etdirilib. /azertag.az/

# 939 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #