YUNESKO baş direktor seçə bilməyib

YUNESKO baş direktor seçə bilməyib
10 oktyabr 2017
# 09:38

YUNESKO-nun İcraiyyə Şurası seçkilərin birinci turunda təşkilatın baş direktorunu seçə bilməyib.

Azərtac TASS-a istinadla xəbər verir ki, namizədlərdən heç biri qələbə üçün lazım olan mütləq səs çoxluğunu toplaya bilməyib. Oktyabrın 10-da YUNESKO-nun İcraiyyə Şurasının 58 iştirakçı ölkəsi seçkilərin ikinci turunu keçirmək üçün toplaşacaq.

Şuranın prosedur qaydaları lazım gəldiyi halda beş turadək seçki keçirməyə icazə verir. Sonuncu mərhələdə qalib müəyyən edilməsə, seçkinin nəticəsini püşkatma həll edir. Reqlament, həmçinin ilkin siyahıya daxil edilmiş bütün iddiaçıların seçkilərdə iştirak etməsinə imkan yaradır.

YUNESKO-nun baş direktoru postuna əvvəlcə 9 ölkə öz namizədini irəli sürsə də, sonradan Qvatemala və İraq öz müraciətlərini geri götürüblər. Beləliklə, hazırda təşkilatın baş direktoru postuna yeddi ölkədən, o cümlədən Azərbaycandan Polad Bülbüloğlu, Vyetnamdan Fam Sanq Çau, Misirdən Muşira Xəttab, Qətərdən Həməd bin Əbdüləziz əl-Kavari, Çindən Kian Tan, Livandan Vera Əl-Huri Lakoyeuile və Fransadan Odri Azuleyin namizədliyi irəli sürülüb.

İcraiyyə Şurası seçkilərin bütün prosedurunu oktyabrın 13-dən gec olmayaraq başa çatdırmağı planlaşdırır. Şura seçkilərin yekununu YUNESKO-nun Baş Konfransının 39-cu sessiyasında elan edəcək.

# 745 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
# # #