Böyük aktyor iki maraqlı proyektdə

Türkiyənin böyük aktyoru, Azərbaycanda da maraqla izlənilən Haluk Bilginer bir neçə maraqlı proyektlə tamaşaçıların görüşünə gələcək.

 

Kulis.az-ın türk saytlarına istinadən verdiyi xəbərə görə, baş rollarını Kənan İmirzalıoğlu ilə oynadığı “Cingöz Recai” filmi oktyabrın 13-də kinoteatrlarda nümayiş olunacaq.

 

H.Bilginerin daha bir proyekti “Nuh təpəsi” filmidir. Ssenarisi və rejissor işi Cenk Ertürkə aid olan filmin baş rolunu Haluk bəy oynayacaq.

 

15 oktyabrda çəkilişləri başlayacaq filmin Kann festivalına göndərilməsi nəzərdə tutulub.

   

LENT

23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018