V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına yekun vurulub

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına yekun vurulub
2 oktyabr 2017
# 10:14

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının sentyabrın 30-da bağlanış mərasimi keçirilib.

Kulis.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Aslan Cəfərov çıxış edərək üç gün davam etmiş sərgi-yarmarkanın işini yüksək qiymətləndirərək bu cür tədbirlərin kitabsevərlər tərəfindən maraqla qarşılandığını diqqətə çatdırıb.

Vurğulanıb ki, sərgidə həm yerli, həm də xarici çap, poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib.

Sərgi-yarmarka çərçivəsində bir sıra tədbirlər, kitab təqdimatları və müəlliflərlə görüşlərin keçirildiyini söyləyən A.Cəfərov qeyd edib ki, bu müddət ərzində oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olma imkanı qazanıblar.

Qeyd edilib ki, Bakı İdman Sarayında keçirilən sərgi-yarmarkada 150-dən çox yerli, 40 xarici olmaqla ümumilikdə 40 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib.

Natiq son vaxtlar ölkəmizdə kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdıraraq, kitab-sərgi yarmarkanın yüksək səviyyədə təşkilinə görə aidiyyətı qurumlara minnətdarlığını bildirib.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi çıxış edərək sərgi-yarmarkanı yüksək qiymətlərndirib, bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Sonda V Bakı Beynəlxalq Kitab-Sərgi yarmarkasında fəal iştirakına görə iştirakçılara diplomlar təqdim edilib.

# 924 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #