Xalq şairinin oğlunu qətlə yetirən şəxs: “Peşmanam”

<b>Xalq şairinin oğlunu qətlə yetirən şəxs:</b> <span style="color:red;">“Peşmanam”
26 sentyabr 2017
# 11:52

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunu qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Kulis.azın Virtualaz.org saytına istinadən verdiyi xəbərinə görə, prosesə hakim Novruz Kərimov sədrlik edib.

Təqsirləndirilən Elnur Nəhmədov ifadəsində törətdiyi əməldən peşman olduğunu, dostu Yalçın Qocayevi öldürmək niyyəti olmadığını deyib.

Məhkəmə prosesi oktyabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında baş verib. Bakı şəhər sakini, 54 yaşlı Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Təqsirləndirilən şəxslərdən - Pərviz Hüseynov və Ruslan Məmmədova Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), Elnur Nəhmədova isə 120.2.2-ci (xuluqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, qətlə yetirilən Y.Qocayev xalq şairi Fikrət Qocanın oğludur.

# 862 dəfə oxunub

Oxşar xəbərlər

Necə yerimək lazımdır? - Vüqar Van

Necə yerimək lazımdır? - Vüqar Van

09:00 26 aprel 2024
Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
# # #