Sənət adamları ölkə başçısına təşəkkür etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

 

Hörmətli Prezidentimiz!

 

Turan agentliyinin rəhbəri Mehman Əliyevin işiylə əlaqədar Sizə müraciətə biz də imza atmışdıq. Bizim heç birimiz Mehman Əliyevlə şəxsən tanış deyilik və onun fəaliyyəti ilə bağlı geniş məlumatımız yoxdur. Amma bir qələm əhlinə qarşı qanun və ədalət çərçivəsində hərəkət edilməsi üçün sizdən işi nəzarət altına almağınızı xahiş etmişdik. Bunu ölkəmizin beynəlxalq nüfuzu üçün də əhəmiyyətli olduğunu düşünürdük. Təbii ki, biz Sizə inanırdıq və atdığınız müdrik və ədalətli addım bunu bir daha təsdiq etdi.

 

Buna görə sizə ürəkdən təşəkkür edirik və bildiririk ki, həmişə olduğu kimi Azərbaycan ziyalıları dövlətimizin və şəxsən Sizin siyasətinizi dəstəkləyir.

 

Anar - Azərbaycan Yazıçılar Birliyinin sədri

 

Çingiz Abdullayev - Azərbaycan Yazıçılar Birliyinin katibi

 

Fərhad Bədəlbəyli - Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının rektoru

 

11 sentyabr 2017-ci il

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017