[b]Aqil Abbas: “Bu siyahılarda İsmayıl Şıxlı, Sabir Əhmədov da olsun”[/b]

[b]Aqil Abbas: “Bu siyahılarda İsmayıl Şıxlı, Sabir Əhmədov da olsun”[/b]
29 avqust 2017
# 14:10

Naxçıvanda oxunması zəruri olan kitabların siyahısı müəyyənləşdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib.

Kulis.az mövzu ilə əlaqədar sorğu keçirib. Cavabları təqdim edirik.

Aqil Abbas

Mən Vasif Talıbovla bir-iki saat söhbət eləmişəm. Vasif müəllim yüksək dünyagörüşünə sahibdir, çox mütaliəli adamdır. Konfutsidən üzü bəri hər şeydən xəbəri var. Nitşesindən, Şopenhaurindən tutmuş bütün filosofları, dünya ədəbiyyatını oxuyub, həzm edib. Mənə Konfutsidən elə sitatlar çəkirdi ki, mən heyran qalırdım. İndi bəzi adamlar sosial şəbəkələrdə tanımadan, bilmədən onun haqqında yazırlar. Halbuki Vasif müəllimin mütaliəsi, savadı çox böyükdür. Onun verdiyi siyahı da məcburi deyil. Sadəcə gənclərə tövsiyə edib ki, kitab oxuyun. Bundan gözəl nə ola bilər ki? Çox gözəldir. Mən özüm arzu eləyərdim ki, bu cür siyahılarda İsmayıl Şıxlı, Sabir Əhmədov, Çingiz Hüseynov, İsa Muğanna, İsi Məlikzadə də olsun. Siyahıda gənc nəslin vətənpərvərliyinin formalaşmasından söhbət gedir. Bu yazıçılarımız da gənclərin formalaşmasında rol oynaya bilərlər. Deyə bilərsiniz ki, siyahıda Tolstoy, Dostoyevski niyə yoxdur, amma Ostrovski var. Axı burda gənc nəslin milli kökə bağlılığından söhbət gedir, onun tərbiyəsindən, vətənpərvərliyindən. Dostoyevskini oxuyub necə vətənpərvər olmaq olar? Yaxud da tərbiyəli. Söz yox ki, Dostoyevski də, Tolstoy da böyük yazıçıdır. Ancaq bu siyahının mövzusuna uyğun deyillər. Məsələn, mövzuya uyğun olaraq Şoloxovun “İnsan taleyi”ni oxumaq olar.

Mən bir məsələni də qeyd etmək istəyərdim. Vasif müəllimin tapşırığı ilə jurnalistlər, redaktorlar, müxbirlər Naxçıvana səfər eləmişik. Yüksək səviyyəli görüşlər təşkil olunub orda. Bu barədə mətbuatda yazılar gedib. Mənim də o görüşlər haqqında yazılarım var. Arzu eləyərdim ki, bu görüşlər yazıçılarla da olsun. Şagird, tələbə canlı yazıçı görsün. Heç vaxt bir məktəblinin Elçin Əfəndiyevlə, Anarla, Çingiz Abdullayevlə, ya da gənc yazıçılarla görüş yadından çıxmaz.

Murad Köhnəqala

Vasif Talıbov bir vaxtlar Naxçıvanda yas yerlərində israfçılığın qarşısını almaq üçün rəsmi sərəncam imzalamışdı, onda çox sevinmişdim. Sonra, büdcə təşkilatı işçilərinə zorla ağac əkdirir, küçə təmizlətdirirdi, onda da sevinmişdim. İndi isə Naxçıvan əhalisinin oxumalı olduğu bədii kitabların siyahısını tərtib etdirib. Əla! Eşq olsun! Çox sevindim. Uzun illər Muxtar Respublikada rəhbərlik edən Vasif müəllim yaxşı bilir ki, bu milləti işıqlı yerlərə zorla itələmək lazımdı. Yoxsa özbaşına buraxsan saqqal buraxıb şalvar gödəltməkdən, qadınları qara çadraya bürüməkdən, yaxud min ilin ölüsü üçün baş yarmaqdan başqa bir şey eləməyəcəklər. Ancaq hörmətli Vasif müəllimin təklif elədiyi kitablardan oxuyan əhali mütaliəyə alışaraq başqa kitablar da axtaracaqlarına əminəm.

Getdikcə bu kişiyə hörmətim artır...

# 956 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #