"Qarabağ” niyə qalib gəldi?

 

Öncədən deyim ki, mən “Qarabağ” klubunun azarkeşi deyiləm. Azarkeş olduğun zaman komandanın milli çempionatda oyunlarının hamısını izləməlisən. Daha UEFA bayrağı altında oynayan zaman stadionları dolduran və oyuna baxmaqdan çox sosial şəbəkələr üçün selfi çəkdirməyə yığışan azrkeşliyi bəyənmirəm. Keçən il televiziya vasitəsiylə “Qarabağ”ın milli çempionatda oyunlarının birini canlı efirə verirdilər. Tofiq Bəhramov adına stadionu boş idi. Təxminən 200 nəfər. Türkiyədən olan dostum Ergüc Kaya Ölməz mənə zəng vurdu: “Tahir hocam, “Qarabağ”ın stadı nə zaman cəzadan qurtulacaq? Onlar nə yanlış yapıblar ki, seyirciləri yıl boyu stada buraxmırlar?” Utandım deyəm ki, bizim azarkeşlərin tam əksəriyyəti şoumendir. Arzu edirəm Suraxanı stadionu bundan sonra tam dolu olsun. Nə isə. Keçək əsas məsələyə.

 

Azərbaycan futbolu əslinə qalsa bu sevinci 13-14 il öncə “Neftçi”nin timsalında yaşamağa hazır idi. Mükəmməl kollektivi maləsəf Ağasəlim Mircavadovun yanlış addımı sayəsində “Nefçi”ni tələm-tələsik “Xəzər”ə dəyişməyində oldu. Və uğurlarımız gecikdi. Xatırlayanlar bunu dəqiq bilir.

 

Yadıma “Qalatasaray” klubu düşdü. Klub doxsanıncı illərdə dünya ulduzlarını dəvət etdi. Xeyri olmadı. Sonda Faruk Sürən səhnəyə çıxdı və dedi bəlkə biz rəhbərliyi dəyişək. Dəyişdilər və kubok ardınca kubok gəldi.

 

Mən “Qarabağ”ın qələbəsində ən çox pay sahibi kimi klubun rəhbərliyini görürəm. Qurbansevərlər inciyəcək məndən. Amma və lakin..... Yaddan çxarmayaq ki, ağdamlıların heyətindən də güclü “Xəzər” və “Neftçi” varıydı. Nə oldu? Düşündüyüm qədər “Milan” klubunun prezidenti Berluskoninin yetərincə şəriyi, işlərini görən, pulunu fırladan və qohum qardaşı var. Amma klubu Qalianiyə tapşırıb. Geriyə dönüb baxanda görürük klub prezidentlərimizin naşılığı nəticəsində onlarla klub dağıldı, iflasa uğradı və yaxud nəticə göstərə bilmədi.

 

Sözün qısası Tahir Gözəli təbirk edirəm. İngiltərənin Şeffild Management və Fransanın Soup De Coup Universitetlərini bitirən və təşkilatçılıqda qısqanclıq etməyən prezidentdir. Onun rəhbərliyi altında olan heyətdə baş məşqçidən tutmuş sadə işçiyə qədər bircə nəfər təsadüfi adam yoxdur. Benjamin Toşak, Mustafa Dənizli, Vlastimil Peterjela və Anatoliy Demyanenko dünya futbolunda ad çıxaran məşqçilər idilər. Klub başbilənləri onları məhv etdi.

 

Deməli əsas qəhrəman idarəçiliyi düzgün anlayan Tahir Gözəli ilk təbrik etmək lazımdır.

 

Nə isə.

 

Klub rəhbərlərinə dərs olsun...

 

İrəli Azərbaycan futbolu...

 

 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017