41 yaşına qədər evi olmayan Müslüm Maqomayev

 

Bu gün Azərbaycan ifaçılıq sənətinin ən məşhur ulduzu Müslüm Maqomayevin ad günüdür. Yaşasaydı 75 yaşı tamam olacaqdı.

 

Kulis.az müğənni haqda həyat yoldaşı Tamara xanımın və yaxın dostlarının xatirələrini təqdim edir:

 

Tamara və Müslim

 

Onlar 1972-ci ildə Bakıda filarmoniyada keçirilən rus incəsənəti dekadasında tanış olmuşdular. “Bolşoy Teatr”ın primadonnası Bakıya fəxri qonaq qismində dəvət olunmuşdu. Robert Rojdestvenskiy ilk fürsətdə onları bir-birinə təqdim etdi.

 

Tamara Sinyavskaya gülümsədi, Müslimi ağzını açmağa qoymadı: “Siz hələ özünüzü təqdim edəcəksiniz? Sizi ki, bütün İttifaq tanıyır...”

 

Tamara o zaman evli idi, Müslimə olan hissləri isə o qədər güclü olur ki, müğənni ərindən ayrılır. Məşhur “Melodiya” mahnısı da o zaman yaranır, Müslim mahnını bitirər-bitirməz telefonda Tamaraya dinlədir.

 

Sinyavskaya xaricdə təcrübə keçəndən sonra Moskvaya qayıdır, və onlar bir daha ayrılmırlar.

“Mən Müslim Maqomayevə böyük məhəbbət duydum, Tanrının vergi bəxş etdiyi bu adama heyranlıq hiss etdim. Zaman keçdikcə bu hissləri daha dərindən hiss edirəm. Müslim əsl centlmen idi. Tanışlığımızın ilk günlərindən son günədək o şahanə bir diqqət göstərdi, mənə qucaq-qucaq gül bağışladı-deyə Tamara Sinyavskaya danışır.

 

Xeyli müddət biz bir-birimizə “Siz” dedik. Müslim şəxsi ləyaqət hissləri çox yüksək olan bir adam idi, ərkyanalığa dözmürdü. Kimsə ona yaxınlaşıb ərklə çiyninə toxuna bilməzdi. Adama elə baxardı ki, donub qalardın... O mehriban idi, amma məsafə saxlamağı sevirdi.”

 

 

Bu həqiqətdir – Maqomayev yarına, boyun əyə, “lazımlı” adamlarla dostluq edə bilmirdi, heç vaxt da Sov.İKP-nin üzvü olmayıb. Baxmayaraq ki, onun Mədəniyyət naziri Yekaterina Furtseva və Brejnev (Brejnev onun “Bella, çao!” mahnısını sevirmiş) özü onun sadiq pərəstişkarlarından idilər, Maqomayev yalnız 41 yaşında ev aldı. Buna qədər o, arvadı ilə “Rusiya” mehmanxanasının lüks nömrəsində yaşayırdılar.

 

Belə parlaq şəxsiyyətlərin ailəsi mübahisəsiz, konfliktsiz keçə bilməzdi, mübahisələrdən birində Sinyavskaya başqa nömrəyə köçür. Maqomayev isə, pəncərəyə dırmaşıb hündürlükdən Tamaranın pəncərəsinə yaxınlaşır: “Ku-ku!” Tamara xanm qorxudan az qala özündən gedir. Amma konflikt də həmən unudulur.

 

“Daş qayaya rast gəlmişdi!” - deyə, Tamara Sinyavskaya şərh verir - “başqa cür ola da bilməzdi.” Amma bizim məişət mövzusunda yox, yaradıcı mövzuda da mübahisə müzakirələrimiz də olurdu. Müslim musiqi ilə yaşayırdı. Elə mən də. Yaradıcılıq bizim həyatımız idi. Bakıya səfərlərimizdə isə... Əlbəttə, onun möhkəm xarakteri var idi! Axı o şərqli idi. Tez alışan, həm də tez sakitləşən idi.”

 

Müslim evdə qonaqlıq etməyi həm sevir, həm də bacarırmış. Yeməkləri Müslim özü hazırlayırmış. Şah yeməkləri kabab və kotlet idi. Müslim vətəndə olanda dostlar bilirdi ki, nərə balığı ovuna getmək lazımdı.

 

“Yaşlandıqca o, münasibətlərdə daha müdrik olurdu - Tamara etiraf edir-onun yanında özünü ailədə əsas hesab etmək üçün axmaq olmalıydın. Müslim kimi artist və şəxsiyyətin yanında nə haqla özünü böyük bir adam saya bilərdin? Qadın həmişə kişini öz istiliyi ilə əhatə etməlidir. Bəzi xanımlar tənbəllik edir: “Özün götür dəstəyi. Özünə çayı özün süz”. Mən heç vaxt Müslimə belə eləməmişəm. Bizə ailələr, cütlüklər qonaq gəlirdi. Bir neçə dəfə Müslim arvadın ərə hörmətsiz, qıcıqla cavab verdiyini görmüşdü. Sonra mənə deyirdi: “Əgər mən bir dəfə belə tonda nəsə eşitsəm, daha burada olmaram”. Mənə onsuz da hər şey aydın idi. Ona təzyiq etmək olmazdı. Hərçənd o özü də məndə kobudluğa əsas yaratmırdı, o özünü mənimlə mədəni aparırdı.

 

 

Mən həmişə yanımda kimin olduğunu bilmişəm. O, bütün şöhrətinə baxmayaraq qiymətləndirilməmiş qaldı. Tək müğənni kimi yox, insan kimi unikal idi. Müslim Allah tərəfindən seçilmişdi. Həyatının son gününə kimi özünə maraq oyatdı, baxmayaraq ki, bunun üçün heç nə etmirdi, tamamən heç nə. Sadəcə istedadı ilə hamını sehrləmişdi”.

 

Müslim 65 yaşında uzunmüddətli ürək xəstəliyindən sonra həyat yoldaşının qollarında can verdi.

 

“Müslim az qala hər gün yuxuma gəlir. Yuxudan oyanıram və mənə elə gəlir ki, indi məndən kofe istəyəcək. Mən Azərbaycanda hələ də əvvəlki kimi “Gəlin”əm. Bu sözü Müslimlə toyumuzda Heydər Əliyev demişdi. “Sən Tamara, bizim gəlinimizsən...”

 

Yuriy Qusman:

 

“Çox az adam bilir ki, o, ilk bloqqer idi. Bir dəfə onun ad gününə gəlmişdim, tamada idim. Orda iyirmi nəfər tamamən tanımadığım gənc adamlardan ibarət qrup var idi. Tamara anımdan soruşdum ki bunlar kimdir? Tamara xanım cavab verdi ki, bunlar Maqomayevin fan klubudur. Halbuki o zaman belə hallar heç yox idi, indi az qala Kremlə çağırılan bloqqerlər də yox idi.”

 

 

Mixail Qusman:

 

“Tatarıstanda Azərbaycan mədəniyyəti günləri idi. Qardaşımın kapitanı olduğu KVN komandasının da çıxışı var idi. Konsertdən sonra o qardaşımla mənə limuzinlə mehmanxanaya getməyə dəvət etdi. Sükan arxasına özü keçdi. Darvazanın qarşısında o qədər pərəstişkar var idi ki, şüşəni açmaq olmazdı. Fanatlar maşını yerdən qaldıranda mən qorxdum. İlk dəfə idi belə şey görürdüm. Bəlkə də elə hündürə qaldırmamışdılar, yerdən 20-30 santimetr, amma mən ilk dəfə adamların əlində yellənən avtomobildə oturmuşdum. Sonradan adamları kənarlaşdıra bildilər və biz yolumuza davam etdik.

 

 

Amma xatırladığım ən parlaq epizoddan danışsam... Bu, 1966-cı ilin soyuq oktyabr axşamı idi. İnqilabın 50 illiyinə bir il qalmış. “Moskva” mehmanxanasına Müslimin dostları yığışmışdı. Az əvvəl dünyadan getmiş böyük insan və vətəndaş Maqsud İbrahimbəyov, rejissor Eldar Quliyev, mənim böyük qardaşım da orda idi. Kişi məclisi idi. Yemək çoxdan qurtarmışdı, “zakuska” yox idi, növbətçi Mariya Stepanovnanın gətirdiyi bişmiş yumurtaları, buterbrod və peçenyeləri də yemişdik. O vaxtlar gecə Moskvada almağa heç nə tapmazdız, hər yer bağlı olurdu. Mariya Stepanovna sevimli Müslimin məclisinin uzanacağından və yeməyə də heç nə qalmadığından narahat idi. Birdən ağlına bir şey gəldi: Uşaqlar, aşağıda binanın altında “İnqilab meydanı” metrosunun foyesinin təmiri gedir. Səhər altının yarısı onların mətbəxinə səhər yeməyi gətirəcəklər. Gedib bəlkə nəsə istəyim?” “Nə danışırsız, Maşenka, özümüz gedərik!” Müslim dilləndi. Təsəvvür edin, soyuq Moskva gecəsi sıyıq növbəsində metro tikintisində işləyən başı yaylıqlı, əynində sırıqlı olan qadınlar dayanıb. Müslim əynində gözəl, ağ toxunma köynək, qırmızı şərf ardınca da bir dəstə sərxoş kişi içəri daxil olur. Müslim öz təkrarsız bariton səsi ilə “Qızlar, sizin sıyığınıza qonaq ola bilərik?” - deyir. İnanın, mavzoleydən Lenin dirilib gəlsə qızlar belə donub qalmazdılar. Hamı birdən “Əlbəttə” dedi. Bu onların həyatında unudulmaz hadisə idi...”

 

 

İosif Kobzon:

 

“Bizim Müslimlə çox isti dostluq və yaradıcılıq münasibətlərimiz oldu. Hətta o İtaliyada təcrübə keçəndə də biz onunla əlaqə saxlayırdıq. Çox istedadlı idi. Əla musiqi yazırdı, əla fortepiano çalırdı, gözəl oxuyurdu və rəsm çəkirdi. Biz itirdiyimiz o böyük ölkədə dəfələrlə birgə qastrollarda olduq...

 

 

Hamı düşünürdü ki, o özü haqda yüksək fikirdədir... Hə o belə familyarlığı sevmirdi, amma kifayət qədər ünsiyyətcil idi. Heyf ki, indi aramızda yoxdur. O, Sovet İttifaqı dağılanda aramızdan getdi, çünki konsert fəaliyyəti də dağıldı, sovet mahnıları təbliğatı da dağıldı... O da Mario Lants haqda kitab yazmağa başladı. Məncə onun bizi belə tez tərk etməyinə həm də depressiya səbəb oldu...”

 

Vladimir Vinokur:

 

“Müslim qeyri-normativ leksikonda danışmağı sevmirdi, amma eşitməyi xoşlayırdı. O taktik və mehriban adam idi. Heç vaxt onun səhər yeməyinə və ya nahara şortik və ya maykada gəldiyini görməzdim, həmişə kostyumda idi. Mən heç vaxt həyatda Müslim kimi adam görmədim. O, müğənni kimi, musiqiçi kimi ideal idi. Onu bizim ulduzlarla müqayisə etmək olmaz. O, həmkarlarına dostlara münasibətdə loyal idi, hərçənd Maqomayev şöhrətini indiki ulduzların heç biri ilə müqayisə etmək olmaz. O, klassika da oxuyurdu, müasir musiqi də, caz da. Dünyadan tez getdi. Məncə o karyerasını tez bitirməsinə çox yanırdı.”

 

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017