Heykəl üçün lüt soyunan kənd qızı - NAMƏLUM KİNO

Kulis.az “Naməlum kino” layihəsində rejissor Cahangir Mehdiyevin 1979-cu ildə çəkdiyi “Diplom işi” qısametrajlı filmini təqdim edir.

 

Süjet: Rəssamlıq məktəbinin tələbəsi heykəltəraş Mahmud (Şamil Süleymanov) tətil günlərində kəndə nənəsinin (Cəvahir Bayramova) yanına gəlir. Mahmud kənddə öz diplom işi üçün həmkəndlisi Zümrüdü (Firəngiz Mütəllimova) canlı model seçərək, onun çılpaq heykəlini düzəldir. Çılpaq heykəlin sorağı kəndə, Zümrüdün qohumlarına çatır.

 

Zümrüdün qardaşları (Əbdül Mahmudov, Muxtar Manıyev, Adil İsmayılov və Arif Qasımov), həmçinin kənd camaatı gənc heykəltəraşdan Zümrüdlə evlənməyi, rüsvayçılığa son qoymağı tələb eləyir.

 

Yük maşını sürücüsü olan qardaşlar Mahmud aradan çıxmaq istəyəndə onu zorla oğurlayaraq bir daxmaya qapadırlar. Mahmud isə daşı ətəyindən töküb qızla evlənməyəcəyini deyir. Nənəsi də onun evlənməyi üçün dil töksə də razılaşmır.

 

Qardaşlar Mahmudu qızın babası, kənd soveti sədrinin (Ağasadıq Gəraybəyli) yanına aparırlar. O, nəvəsinin sanballı cehizi, gözəl olduğunu bildirir və onunla evlənməyi təkid eləyir. Mahmud isə Zümrüdə ancaq naturaçı kimi baxdığını, ona toxunmadığını və heykəlin diplom işi olduğunu deyir.

 

Картинки по запросу diplom işi 1979

 

Mahmudu razı sala bilməyən baba qəzəblənərək onu evdən qovur. O, çılpaq heykəli də parçaya büküb şəhərə yola düşmək üçün yola çıxır. Qızın qardaşları heykələ bükülmüş parçanı da ondan alaraq, kolxoza aid olduğunu deyir. Yoldan keçən sürücülər isə çılpaq heykəli görüb Mahmud üçün maşın saxlamırlar.

 

O, soyuq qış günündə məcburən soyunaraq heykələ öz paltarlarını geyindirməli olur.

 

Cahangir Mehdiyev milli kinomuzda komediya janrını keyfiyyətcə yeniləşdirən, ona öz dəsti xəttini gətriən rejissordur (“Evlənmək istəyirəm”, “Kişi sözü”, “Girişmə öldürər” və s.). Onun komediyalarını yüngül, bəsit yumor üzərində qurulmayıb. Əkisnə o, sosial, ictimai, mənəvi qatlara vurğu edir, onun yumoru təmkinlidir, tamaşaçını birbaşa güldürməyə hədəflənmir. Adətən komik situasiyalar hadisənin içindən təbii şəkildə törənir. Bu cəhətlər onun debüt filminə də aiddir.

 

Janrı komediya olsa da müəllif əslində əhvalatda ciddi problem qoyur: sənət və cəmiyyət, sənətçi və toplum münasibətləri. Mühafizəkar kimliyi olan cəmiyyətlərdə sənətə loyal, anlayışlı münasibətinin çətinliyini təsvir eləyir. Daha doğrusu, bu cür mühitlərdə toplumun sənət və gerçəklik arasındakı sərhədləri itirdiyini göstərir.

 

Картинки по запросу diplom işi 1979

 

Mövzu bu gün də aktualdır. Tutaq ki, filmlərimizdə açıq səhnə oynanılırsa, kütlə onu aktyorun özəl həyatıyla eyniləşdirir.

 

Amma daha pisi odur ki, incəsənət adamlarının özü də loyal ola bilmir. Mehriban Ələkbərzadənin “Qatil” tamaşasına bəzi sənət adamlarının kəskin münasibətini xatırlayaq.

 

Filmin musiqi həlli uğurludur. Nağara ritmləri əhvalatın atmosferi, personajların konsepsiyası ilə iç-içə keçir.   

 

Film Cahangir Mehdiyevin diplom işidir. Komediya yazıçı, uzun illər “Drujba narodov” jurnalnın baş redaktoru olmuş  Aleksandr Ebanoidzenin "Iki ay kənddə və ya imeretiyasayağı nikah" romanının motivləri əsasında çəkilib. On beşdən çox dilə çevrilən, dəfələrlə səhnələşdirilən roman yazçının debütüdür.

 

Həmin il bu roman Nelli Nenova tərəfindən tammetrajlı film kimi çəkilib.

 

“Diplom işi” 1979-cu ildə Karlovı-Varı Beynəlxalq kinofestivalında diploma layiq görülürb. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmin ssenari müəllifləri Asim Cəlilov, Cahangir Mehdiyev, quruluşçu operatoru Hüseyn Mehdiyev, bədii rəhbəri məşhur gürcü rejissoru  Georgi Daneliyadır.

 

Filmi burdan izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=58SKr0OqRvk

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
15 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017