Seyran Səxavət: “O roman yüz min tirajla çıxdı” - LAYİHƏ

Seyran Səxavət: “O roman yüz min tirajla çıxdı” - <span style="color:red;">LAYİHƏ
11 iyul 2017
# 09:00

Kulis.az məşhur əsərlərin yazılma tarixçəsindən bəhs edən “Necə yazdım?” layihəsi çərçivəsində Seyran Səxavətin “Daş evlər” romanı haqda danışdıqlarını təqdim edir.

Mən Bakının küçələrində müxtəlif millətlərin, əsasən ermənilərin, evlərində kirayələrdə yaşamışam. Tez-tez kirayədə qaldığım evə dostlarım gəlirdi. Ən çox da Ramiz Rövşən. Tələbə vaxtı, ondan sonra da nə qədər ev dəyişmişəm, sayı-hesabı yoxdu.

Ramiz Rövşən bir dəfə qonaq gələndə mənə dedi ki, sən nə vaxtsa məşhur yazıçı olsan, yaşadığın evlərin yarısına lövhə yazıb yapışdıracaqlar ki, Seyran Səxavət bu evdə yaşayıb.

Yenə bir həyət evində kirayədə qalırdım. Ailəmlə bir yerdə. Onda içimdə “Daş evlər”in bünövrəsi quruldu, daxili bir tələbat yarandı ki, romanı yazım. Oturub yazmağa başladım.

Mən əllə yazıram. İndinin özündə də kağıza yazıram yazılarımı. Özü də öz doğma kirilimdə...

Romanı dörd, ya da beş ilə yazıb bitirdim. Bu roman mənəvi məcburiyyətdən ortaya çıxmışdı. Romanı yazdım və çap elədim. Üst-üstə 100 min tirajla çap olundu. O vaxt da oxuyan çox idi, əsər xeyli populyarlaşdı.

Digər yazılar:

Aqil Abbas: “Bildiklərimi yazsam, ölkə bir-birinə dəyər”

Mövlud Süleymanlı: “Dəyirman”ı onun bir kəlməsinə görə yazdım”

Sabir Rüstəmxanlı: “O kitab maddi problemlərimi həll etdi”

# 1002 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #