Vaqif Səmədoğlunun şeirlər toplusu Parisdə

Vaqif Səmədoğlunun şeirlər toplusu Parisdə
7 iyun 2017
# 17:03

Parisdə Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad edilib, şairin fransız dilinə tərcumə olunmuş "Bir gün təbəssüm olmuşdum" adlı şeirlər toplusu təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Paris Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə təşkil olunan xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət mərkəzində keçirilib.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Vaqif Səmədoğlunun sovet dövründə yaşayıb yaratmasına rəğmən öz şeirləri ilə maneələri aşaraq, fikrini hər zaman ifadə etməyi bacardığını və məhz buna görə xalqın böyük rəğbətini qazandığını deyib. Səfir şairin məşhur “Doğuldum 1939-da, 1937-də tutuldum “ misralarını misal gətirərək onun hər zaman xalqının azadlığa qovuşacağı arzusu ilə yaşayıb yaratdığını qeyd edib.

Paris Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiyasiyasının baş katibi Mirvari Fətəliyeva isə Vaqif Səmədoğlunun Azərbaycan poeziyasında özunəməxsus yer tutduğunu, atası, məşhur söz ustası Səməd Vurğunun yaradıcılığından qaynaqlansa da, öz üslubu olduğunu vurğulayıb. Gecədə bir çox fransız incəsənət xadimləri, şairlər, yazıçı-publisistlər, jurnalistlər iştirak edib. Şairin yaradıcılığı ilə tanış olan yazıçı, publisist Jan Pyer Alali Azərbaycan poeziyasının görkəmli xadimləri və Vaqif Səmədoğlunun şeirləri haqqında təəssüratlarını tamaşaçılarla bölüşüb.

Xatirə gecəsində V.Səmədoğıunun şeirlərinə yazılmış mahnılar səsləndirilib, şairə həsr olunmuş film nümayiş etdirilib. Gecə gənc pianoçu Vurğun Vəkilovun ifasında Azərbaycan, həmçinin, Avropa klassik bəstəkarların musiqisindən ibarət konsert proqramı ilə sona çatıb.

# 856 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #