İctimai yerlərdə belə etməliyik – 10 QAYDA

İctimai yerlərdə belə etməliyik – <span style="color:red;">10 QAYDA
10 may 2017
# 09:00

Kulis.az ictimai yerlərdə vacib olan 10 davranış qaydasını təqdim edir.

1. Bərkdən danışmaq - Bərkdən danışmaq və gülmək ədəbsizliyin ən bariz nümunələrindən sayılır. Yadda saxlayın, sizin azadlığınız başqasının azadlığı başlayan yerdə məhdudlaşır. Danışarkən və gülərkən elə davranın ki, kimisə incitməyəsiniz.

Image result for yüksek sesle konuşmak

2. Qoxu - Sarımsaq, içki, tər və başqa tünd, narahatedici qoxularla ciddi davranın. Özünüzə kənardan baxmağı bacarın. Təsəvvür edin, metronun isti basabasından kiminsə ağzından tünd sarımsaq qoxusu gəlir. Xoşdurmu? Bu cür qoxulara görə səhhətində problemlər yaranan insanlar da ola bilir.

3. Kitab və qəzet oxuyanlara münasibət - Başqa adamın kitabını və qəzetini oxumağa çalışmayın. Bu çox ədəbsiz hərəkətdir, qarşı tərəfdəki insanın diqqətini yayındırır və onda sizinlə bağlı mənfi qənaət formalaşdırır.

Image result for otobüste gazete okuma

4. Adamların üzünə baxmaq – İstər kişi olsun, istər qadın üzünə diqqətlə baxırsansa narahat ola, hətta özünü pis hiss edə bilər.

5. Başqasını dinləmək – Bu da başqasına diqqətlə baxma kimidir. İllah ki, baxmalı və ya dinləməlisənsə, bunu hiss etdirmədən etməlisən. Bəli, nəzakət süni də ola bilər. Nəzakət süni də olsa təbii kobudluqdan yaxşıdır.

6. Söhbətə müdaxilə etmək – Bir də görürsən məclisdə qəfil kimsə gəldi, sizin stolda gedən söhbətə kobud müdaxilə etdi. Nə hiss keçirərsiniz? Və düşünün: eyni hərəkəti siz etsəniz, başqası bu hissi keçirdəcək.

Image result for kankalar masada

7. Telefonla danışmaq – Əgər yavaş səslə danışa bilmirsinizsə, çalışın avtobusda, metroda, bir sözlə adamların çox olduğu yerdə zəng vurmayasınız. Əgər bu qaçılmazdırsa, mümkün qədər qısa edin. Azadlıq və sərhəd məsələsi...

Image result for cep telefonu ile konuşmak

8. Azyaşlı uşaqlarla davranış – Azyaşlı uşağınızı idarə etmək sizin borcunuzdur. Əgər ağlamağı, qışqırmağı və ya qeyri hərəkətləri ilə adamları narahat edirsə, qarşısını almağa çalışın. Bəzən düşünürsünüz ki, uşaq çox şirindir, onun səs-küyü və nadinclikləri hamıya ləzzət verir, kökündən yanılırsınız. Adamların yalandan gülümsəməyinə baxmayın, gərgin və əsəbidirlər.

Image result for nadinc uşaq

9. Səsgücləndiricidə danışmaq – Telefonda danışdığınız adamın səsini kənardakılar eşidir. Və birdən sizə kobud cavab verirlərsə? Lap verməsinlər. Bu şəxsi söhbətdir və kənardakılara eşitdirmək ədəbsizlikdir.

Image result for sinirli telefon konuşması

10. Zəng səsi – Mobil telefonunuzun zəngi mümkün qədər zövqlü olsun. Səsini də az verin. Təsəvvür edin, yanınızda kiminsə telefonu guruldayır və qıcıqlandırıcı musiqi eşidilir. Əsəblərinizə toxunmazmı? Ay sağ olun. Elə biz də onu deyirik.

# 1293 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #