Bakıda kitab festivalı keçirildi

Bakıda kitab festivalı keçirildi
24 aprel 2017
# 10:30

23 Aprel Beynəlxalq Kitab Günü münasibətilə 451 Hərəkatı Bakıda “451 – BOOK FESTİVAL” adı ilə böyük kitab festivalı keçirdi. Kulis.Azın verdiyi məlumata görə, tədbir saat 15:00-da ADO-nun binasında baş tutdu.

“451 hərəkatı”nın təşkil etdiyi kitab festivalında tanınmış kitab mağazalarının, nəşriyyatların stendləri quraşdırılmışdı.

Festivalı giriş sözü ilə ADO teatrının bədii rəhbəri, aktyor Elmin Bədəlov açdı. O, oxucuları 23 aprel Beynəlxalq Kitab Festivalı münasibəti ilə təbrik etdi, gələcək planlarından danışdı.

Kitab festivalının təşkilatçısı, “451 hərəkatı”nın yaradıcısı yazar Kamal Akan isə çıxışında bildirdi ki, bu hərəkatın yaranmasında məqsəd ənənəvi çərçivələri dağıtmaq və müasir incəsənəti təqdim etməkdən ibarət olacaq.

Daha sonra çıxış üçün festivalda iştirak edən yazarlara söz verildi. Qismət Rüstəmov, Cəlil Cavanşir, Nərmin Kamal, Mirmehdi Ağaoğlu, Ayxan Ayvaz, Orxan Bahadırsoy, Tural Şahtahtinski, Murad Məmmədov, Ulucay Akif festival haqqında təəssüratlarını bölüşdülər.

Çıxışlardan sonra yazarlar kitablarını imzaladılar. Festival musiqi nömrələri ilə davam elədi. Daha sonra Elmin Bədəlovun ifasında Tural Şahtaxtinskinin “Nina” hekayəsi oxundu.

# 848 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #