Məhkəmənin tokla öldürdüyü fil – TARİXİ VİDEO

Məhkəmənin tokla öldürdüyü fil – <span style="color:red;">TARİXİ VİDEO
13 mart 2017
# 12:42

Fil cinayət edə bilərmi? Edər. Hətta elədiyi cinayət üçün cəzalandırılar da! Özü də ən ağır maddəylə...

Bu, nağıl deyil. Gerçəkdən baş verib. 4 yanvar 1903-cü ildə Nyu-Yorkun lunaparkları ilə məşhur olan Koni adasında, min beş yüz nəfərin gözü qarşısında baş verib.

Topsi adlı yaşlı fili 6 min 600 voltluk elektrik cərəyanı ilə öldürüblər.

O, üç nəfərin ölümündə ittiham olunurdu.

Fonepaugh sirki tərəfindən 1875-ci ildə ABŞ-a gətirilən fil ABŞ-ın dörd bir yanını gəzərək minlərlə tamaşaçını əyləndirmişdi. Ancaq onun ciddi bir problemi vardı: çox qəzəbli idi!

Ömrünün son üç ilində öldürdüyü üç nəfərin üçü də Topsinin baxıcıları idi. Sonuncu qurbanı içkili vəziyyətdə ona yanan siqaret yedirmək istəmişdi və əvəzini həyatı ilə ödəmişdi.

Hadisədən sonra sirk fili Koni adasındakı zooparka göndərdi. İşə baxan məhkəmə Topsiyə ölüm cəzası verdi. Onu insanların gözü qarşısında dar ağacına çəkəcəkdilər.

Məhkəmənin hökmünün ardınca ABŞ-ın Heyvansevərlər Dərnəyi işə qarışdı, fil haqqında zalım qərar çıxarıldığını bildirdi. Protestlə hesablaşan məhkəmə Topsini o zamanlar üçün yeni üsul sayılan elektriklə öldürməyə qərar verdi və məşhur ixtiraçı Tomas Edisonu işə cəlb etdi.

T.Edison Topsini öldürməyə razılaşma səbəbi dünyanın ən qara piarı kimi tarixə düşdü. O, bu amansız səhnə ilə özünün nəzəriyyələrinə qarşı çıxan və ona ciddi rəqib olan Nikola Teslanın alternativ nəzəriyyəsinin nə qədər təhlükəli olduğunu göstərmək istəyirdi.

Filin öldürülmə səhnəsini də bu məqsədlə videoya çəkmişdi.

# 1100 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #