Köçəmmirəm, səndən ayrı

Köçəmmirəm, səndən ayrı
21 fevral 2017
# 16:19

Kulis.az İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin şeirlərini təqdim edir.

Özünə qayıda bilməyəcəksən...

Özündən əbədi itkinsən indi

Daha məhəbbətim alışdı, söndü

Mənim ki ürəyim biryolluq döndü

Özünə qayıda bilməyəcəksən.

Könlünü yüzünə açşan da, gülüm

Hər qəlbə min işıq saçsan da, gülüm.

Sən məndən nə qədər qaçsan da, gülüm

Özünə qayıda bilməyəcəksən.

Kölgəm yollarında bitəcək sənin

Yoxluğum qəlbini didəcək sənin

Ruhum da dalınca gedəcək sənin

Özünə qayıda bilməyəcəksən.

Gözündə əbədi yaş olacağam

Ömrünə ömürlük qış olacağam

Ölsən, məzarında daş olacağam

Özünə qayıda bilməyəcəksən.

Gecələr

Sənsizlik üzdü məni hər gecə-gündüz, gözəlim

Özümlə hey danışıb dərdimi böldüm gecələr.

Tənhalıq üzdü məni, qəmə qərq oldum, gülüm

Süzülən göz yaşımı xəlvəti sildim gecələr.

Həsrət nə, məhəbbət nə, sevgi nədir? Duymadın, yox

Bu odun atəşinə tək yandım, bildin gecələr?

Bu qədər əziyyəti, möhnəti versən də mənə

Xəyallar aləmimdə açılmış güldün gecələr.

Gündüzlər kənar gəzdin, dözdüm, axı neyləməli?

Yuxuma gəlmədin heç, vallahi öldüm gecələr.

Səndən ayrı...

Dalğasısan lal dənizin

Vüsalınla bal dənizin

Nəğmə olsan, ay əzizim

Dilə dönnəm, səndən ayrı.

Sən yandıran bir odam mən

Odu necə ovudum mən?

Bu mümkünmü-unudum mən

Belə dönüm, səndən ayrı?

Belə ömür dönər heçə

Bu qədər ki, həsrət içə.

Yollarından əsib keçən

Yelə dönnəm, səndən ayrı

...Sənsiz bir quru budağam

Suyu çəkilmiş bulağam

Bu dünyada bir qonağam

Köçəmmirəm, səndən ayrı.

# 800 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #