Yeni ilə hazırlaşan 10 TİP

Yeni ilə hazırlaşan <span style="color:red;">10 TİP
28 dekabr 2016
# 08:30

Kulis.az Yeni il şənliyinə hazırlaşan 10 məşhur xarakteri təqdim edir.

Hər il eyni olur - Bu cür düşünənlər çoxdur. Həmişəki kimi olacaq hər şey. Əyləncələr... Tanış üzlər... Yeməklər... Şampan partlatmaq... Bu cür eynilikdən bezən adamlar əyləncənin qəfil gəlməsini, o zaman təbii olacağını düşünürlər. Yoxsa əyləncə iş deyil ki, onu mütləq yerinə yetirəsən.

Image result for yeni il

Plan qurmağa səbri çatmayanlar - Filan restoranda yer ayırıblar, dostlar yığışmalıdır, yeyib-içmə, boğazdan yuxarı təriflər... Bütün bunları etmək üçün bir xeyli düşünmək lazımdır. Düşünürəmsə deməli varam. Yox bir. Onlar düşünməyə ərinənlərdir. Özü də düşünməyə daha vacib şeylər var. Yeni ildir də, sən qarşılamasan, gəlib çıxmayacaq?

Image result for restoranda yeni il

İstəmədiyi adamlarla birlikdə olmaq - Nə biləsən, bir də gördün mərdi-məzarın biri danışmadığın, küsülü olduğun birini gətirdi yanına ki, bəs deməzsənmi, bu gün Yeni ildir. İki gözüm aydın. Mən Yeni ilə görə nifrət etdiyim adamı niyə bağışlamalıyam? Allah bilir, köhnə ildə elədiyinin min qatı pisini gətirəcək başıma.

Image result for hirsli adam

Bəhanə axtaranlar - Yeni il günü əlində vacib iş var. Mütləq görəcəyi bir xəstə qohumu var. Səs-küydən xoşu gəlmir. Təklik onun üçün ən böyük bayramdır.

Image result for iş çoxdur

Pul dərdi çəkənlər - İndi Yeni ildə şəhərə çıxdınsa, gərək cibində pul ola. Evli adam üçün bundan çətin nə var? Uşaqlarının istəyi bitmək bilməyəcək. Hələ üstəlik bunun bayramdan sonra kasıblamağı var, kiməsə ağız açmağı, borc götürməyi var. Yox, qalsın. Bir toyuq, bir şirə bəsdir.

Image result for bayram alış-veriş

Əvvəlki Yeni ilin travması - Ümid eləmişdi ki, gözəl günlər görəcək, iş tapacaq, sevdiyi adamla həyatını birləşdirəcək. Yeni il gəldi, yedilər-içdilər, dedilər, güldülər, səhəri gün sevdiyi adam onu tərk etdi, iş yerləri qapılarını bağladı, gözəl günlər uzaqlarda ilişib qaldı. Yenə Yeni il gəlir. Amma bu travma ilə bayramın üzünə çıxmaq olmaz.

Image result for travma

Olacağı öncədən bilənlər - Hə, yığışacaqsan, cib boş, baş dolu, şampan partladacaqsan, bir-iki qədəh içəcəksən, sonra pəncərədən göy üzünə dağılan fişəngin rənglərinə baxacaqsan. Nə olsun? Bunu nə qədər görmək olar? Fərq yoxdur. Qabaqcadan bütün olanları biləndə adam həvəsə düşmür.

Image result for fala baxmaq

Qocaldığını düşünənlər - Hər il onlar üçün ağır dərddir. Üzündəki qırışlara biri də əlavə olunur. Dostları zarafatla yaşını soruşur. Hər il yaşını azaltmaqdan bezar olub. İndi durub öz dərdinin planını qursun?

Image result for yaşlanmak

Tək bayram keçirənlər - Plan qurmaq da nədir? Həyat plansız daha gözəldir. Bu plan quranların ağlı yoxdur. Pop-korn alıb bir film qoşub baxırsan, sonra bir mahnıya qol qaldırıb oynayırsan, özünün sağlığına bir badə şərab içirsən. Nə gözəldir təklik. Yoxsa bir yığın adamın səsindən başın qazana dönür.

Image result for yeni ildə tək

Vətənini düşünənlər - Hər an müharibə başlaya bilər. Torpaqlarımız işğal altındadır. Nə qədər gözü yaşlı insan var. Onları düşünüb bayram eləmək içindən gəlmir adamın.

Image result for vətən

# 1186 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
# # #