“Müasir Azərbaycan hekayəsi antologiyası” Misirdə nəşr olundu

“Müasir Azərbaycan hekayəsi antologiyası” Misirdə nəşr olundu
27 dekabr 2016
# 14:54

Tərcümə Mərkəzinin ən iri beynəlxalq layihələrindən olan “Müasir Azərbaycan hekayəsi antologiyası” Misirdə işıq üzü görüb. Kulis.az məlumatına görə kitab Misir Milli Tərcümə Mərkəzi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilib.

Azərbaycan ədəbiyyatını ərəb dünyasına ilk dəfə təqdim edən bu irihəcmli (400 səh.) topluda XX əsrdə yazıb-yaratmış yazıçıların hekayələri yer alır.

Əsərləri ərəb dilinə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi doktor Əhməd Sami Elaydi tərcümə edib.

Antologiyanın təqdimatının yaxın vaxtlarda Misirin paytaxtı Qahirədə keçirilməsi nəzərdə tutulur.

# 839 dəfə oxunub

Oxşar xəbərlər

"Puma x Fenty" brendinin yeni siması - Foto

"Puma x Fenty" brendinin yeni siması - Foto

11:30 26 aprel 2024
Mir Cəlal Paşayev  - 116

Mir Cəlal Paşayev - 116

11:00 26 aprel 2024
Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

10:30 26 aprel 2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

10:00 26 aprel 2024
Necə yerimək lazımdır? - Vüqar Van

Necə yerimək lazımdır? - Vüqar Van

09:00 26 aprel 2024
Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
#
#
# # #