TEAS Press Nəşriyyat Evi yeni veb-saytını istifadəyə verib

TEAS Press Nəşriyyat Evi yeni veb-saytını istifadəyə verib
7 noyabr 2016
# 11:50

Azərbaycan oxucusunu müasir dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə tanış etmək məqsədi ilə 2014-cü ildə fəaliyyətə başlayan TEAS Press Nəşriyyat Evi bu günlərdə özünün yeni veb-saytını istifadəyə verib.

www.teaspress.az saytında Nəşriyyat Evinin bütün nəşrləri ilə tanış olmaq, o cümlədən növbəti nəşrlər ilə bağlı geniş məlumat əldə etmək mümkündür. Bundan əlavə, veb-saytda qeydiyyatdan keçən oxucular nəşriyyatın bütün kitablarını onlayn sifariş edə bilər. Sərfəli çatdırılma şərtləri təklif edən TEAS Press istifadəçilərin rahatlığı üçün hər şeyi düşünüb.

TEAS Press Nəşriyyat Evi həm bədii, həm də qeyri-bədii ədəbiyyat kitablarının nəşri ilə məşğuldur və bədii romanlardan detektiv əsərlərinə, biznes haqda kitablardan tarixi əsərlərə qədər bir çox janrda kitablar nəşr etdirməkdədir. Nəşriyyatın “Üç alma uşaq ədəbiyyatı” bölməsində isə azyaşlı oxucular üçün şəkilli, həmçinin, yeni oxumağa başlayanlar üçün kitablar, eləcə də, yuxarı yaşlı uşaqların mütaliəsi məqsədi ilə romanlar çap olunur. Bununla yanaşı, nəşriyyatın ingiliscə, rusca, türkcə, fransızca, almanca və ərəbcə olmaqla 6 xarici dildə də nəşrləri vardır.


Tel.: (+994 12) 433 14 90
E-mail: [email protected]

# 1081 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #