Çoxərli qadınlar – Bir Tibet reallığı

Çoxərli qadınlar – <span style="color:red;">Bir Tibet reallığı
3 noyabr 2016
# 15:20

Belə bir düşüncə var ki, qadının yalnız bir əri olmalıdır. Çoxarvadlılıq ifadəsini eşitmisiniz yəqin? Bu artıq bizim üçün adi bir şeydir. Ancaq qadınların çoxərliliyi necə? Bax bununla yəqin ilk dəfə qarşılaşırıq.

Tibetdə çoxərlilik ənənəsi “qadının yalnız bir əri olmalıdır” fikrini alt-üst edir. Burda lap qədimdən qız uşağı ərə getdiyi ailənin bütün qardaşları ilə evlənir. Bu cür qəribə bir evliliyin səbəbi ailə büdcəsinin qorunması və əmlakın nəsildən-nəslə ötürülməsinə görədir.

Özümüzə baxanda tibetlilərin çoxərlilik ənənəsi bizə fantastika kimi gəlir. Tibetlilər bu qəribə ənənəni belə şərh edirlər: bir evdə çox kişinin olması zənginlik əlamətidir.

Многомужество в Тибете

Ənənəyə görə, kişilərdən biri başqa bir qadınla evlənməyi arzu edərsə və doğma arvadı ona xoş gəlməzsə, o zaman həmin kişinin mülk siyahısından silinir, ailədən uzaqlaşdırılır.

Tibet qadınları düşünür ki, bu cür münasibət onları xoşbəxt edir, xeyli məmnun qalırlar. Hər kişi qadına fərqli təcrübələr qazandırır, fərqli, rəngarəng hislər yaşadır. Kişilər də evin tək qadınını xoşbəxt etmək üçün dəridən-qabıqdan çıxırlar. Qadını xoşbəxt etməyin də bir çox yolları var. Məsələn, işləmək. Ailədə kişilərdən hansı daha çox işləyərsə, o kişinin qadının eşq qapısından içəri keçməyə şansı daha çox olacaq. Sosial problemləri aradan qaldırmayan kişinin işi çətindir burda. Kişi heç bir işin qulpundan yapışmırsa, məişət məsələləri, ailənin problemləri onu narahat etmirsə, qadının belə bir hüququ var: həmin kişini əşyaları ilə bir yerdə qapının ağzına qoymaq. Bu cür hallar baş verəndə qaynana işə qarışır, gəlinə söhbət eləyir ki, oğluma belə eləmə, qoyma getsin.

Тибетская семья

Bir evdə çoxlu ər, bircə qadın. Kişilərin işi çətindir. Qadın birlikdə daha çox vaxt keçirəcəyi kişini özü seçir. Təbii ki, digər qardaşları ilə də vaxt keçirir. Ancaq günün ən böyük hissəsi sevgiyə bürünmüş kişinin ixtiyarına düşür. Şanslı kişidir, nə deyəsən?!

Uşaq doğulanda ailədəki hər kəs ona qulluq göstərir, bir dediyini iki eləmir. Qadının ərləri uşağa “böyük qardaş” kimi təqdim olunur.

Qəribə hadisələrdən biri: əgər balaca qardaşın öz gizli arvadından (sevgilisi də deyə bilərik) uşağı dünyaya gəlirsə, heç kim uşağı böyütməyə köməklik göstərmir.

Bir də kədərli bir vəziyyət var. Ərlərdən biri yad adam kimi həmişə kənar tutulur. Uşaq dünyaya gəlməyən vaxt bu cür münasibət yaranır. Varis olmağı vacibdir. Ona görə də, qadınlar həmişə uşağa qalmaq istəyirlər.

Tibetdəki qızlar “eşq səyahət”lərinə çıxmağı sevirlər. Onların fanatları da olur. Hər dəfə qızlar keçəndə qəpiklər atırlar. Nə qədər çox qəpik atırsan, o qədər çox qızı gəlin apara bilərsən.

Xatırladaq ki, bu cür evliliklər dünyanın bir çox yerində var. Məsələn, Hindistanda dünyanın ən böyük ailəsi yaşayır: 1 ər, 39 arvad, 95 uşaq.

# 2671 dəfə oxunub

Oxşar xəbərlər

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

15:00 26 aprel 2024
Məşhur reper edam olunacaq

Məşhur reper edam olunacaq

14:30 26 aprel 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

14:00 26 aprel 2024
"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

13:30 26 aprel 2024
“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü”  adlı sərgi açıldı

“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açıldı

13:00 26 aprel 2024
Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

12:47 26 aprel 2024
#
#
# # #