Bu filmlərə o adamlar baxa bilər ki... - SİYAHI

Bu filmlərə o adamlar baxa bilər ki... - <span style="color:red;">SİYAHI
8 avqust 2016
# 09:00

Elə filmlər var ki, onlara baxanda analiz etməlisən, xeyli düşünməlisən. Çünki həmin filmlər çətin başa düşülür. O filmlər bizi mat-məəttəl qoyur. Çətin kino dili bizim anlamağımıza imkan vermir. Ancaq bütün bunlarla bərabər bu filmlər sənətdir.

Tamaşaçılar arasında sənət filmlərinin həvəskarları da var. Bir çox şedevr filmlərə də təkrar-təkrar baxmalısan. Özü də sakit bir yerdə və tək-tənha.

Kulis.az siyahını təqdim edir.

“Şamlıqdakı yer” - 2012

Derek Sienfrensin filmidir. Müasir dövrün ən yaxşı iki aktyoru oynayır bu filmdə: Rayan Hoslinq və Bredli Kuper. Onlar yalnız bir səhnədə rol alırlar. Bu filmə baxan bir çox tamaşaçıya “Gündəliyin yaddaşı” və “Veqsadakı uşaqlar” filmlərində də rol alan bu aktyorlar gözlənilən uğuru əldə etdilər. Çünki bu çox ağrılı bir dramı oynamaq çətindir. Oğul və atanın günahları və bir-birindən vidalaşması dramı.

“Çağırılmamış qonaq” – 2014

Film müasir fransız filosofu Jan Lyuk Nansinin avtobioqrafik essesi əsasında çəkilib. Ölməkdə olan bir qocanın evini tərk edib cavan ürək nəqli üçün axtarışa çıxmağından bəhs edir film. İncə süjet xətti, dialoqlar, qarışıq kamera işləri. Film tamaşaçını öz vizual əsarətində saxlayır və onları hislərin səyahətinə aparır. Gərək deyil ki, filmin bütün kino dilini anlayasan. Sadəcə özünü onun axarına buraxmaq və içində üzməkdir. Təbii, üzməyi bacarırsınızsa...

“Düşmən” – 2013

Ceyk Cilenxol və Deni Vilnev tanış olduqları bir adamdan danışırlar. Onlardan biri kollecdə müəllimdir, digəri isə hamilə arvadı olan aktyor. Və film tək-tək onlar haqqında bəhs etmir, nə də tək-tək onların psixologiyasını tamaşaçıya ötürmür. Finala çatanda isə sən real və qurğu aləminin içinə düşürsən.

“Buludlu atlas” – 2012

Altı bir-birindən ayrı süjet, ancaq simvollarla və ideyalarla onu tamamlayan film. İncəliklərini anlamaq üçün baş işlətmək gərək. Tamaşaçıların anlamağı üçün altı süjetdə də eyni aktyorlar oynayır. Bir sözlə, müdrik bir film.

“Müqəddəs qız” – 2004

Film 16 yaşlı, katolik məktəbində oxuyan, günahlardan xilas olmaq istəyən Amaliyadan bəhs edir. Yetkinlik yaşında seksual istəyi yaranan dindar bir qızdır Amaliya. Sadə bir hadisə filmdə mürəkkəb bir gənclik həyatı kimi göstərilir.

“Lənətlənmiş ada” – 2010

Filmin sirri onun detallarındadır. Bu sirri yalnız filmə baxarkən görmək olar. Yalnız tək-tük adamlar filmdəki intriqanı görə bilərlər.

“Mənim dərimin altında” – 2013

Yadplanetlilərin müalicəsindən bəhs edir film. Gözəl, əsəbi və qorxuducudur.

“Kirlilik” – 2013

Bir gün Kris hücuma məruz qalır: oğrular onu hipnoz edirlər, sürfənin köməyi ilə bədəninə orqanizm yerləşdirirlər. Onun bütün əmlakını əlindən alırlar və beş qəpiksiz qoyurlar. Kris oyananda bərbad bir gündə olduğunu görür.

“Amores perros” – 2000

Məşhur rejissor İnyaruttinin filmi. İnsan təbiətinə səyahət edən mükəmməl ekran əsəri. Geniş və həmişə müzakirə olunan bəşəri bir mövzu. Məsələn, xeyr və şər.

“Olmayan insan” – 2001

Ağ-qara film. İki qardaş. Koen 1949-cu ildən danışır susmuş bərbər Eda Kreynə (Billi Bob Tornton). Bərbər salona gələnləri bir-bir yola salarkən bu sırada onun öz müdiri ilə xəyanət elədiyi arvadı gəlib çıxır. Bərbər həmin müdiri şantaj edir, sonra anlayır ki, artıq həyatda uğur qazana bilmir və başqa tədbirlər fikirləşir. XX əsrin eksiztensialist xarakteri yaradılıb filmdə.

“Fontan” – 2006

Filmin əsas hissəsi ölümcül xəstə həyat yoldaşını xilas etmək üçün yollar axtaran həkimdən bəhs edir. Ancaq filmin üç ayrı süjet xətti də var.

“Sindromlar və əsrlər” – 2006

Film yaddaşdan parçalardır. Birdən-birə yaranan və məntiqi sonla başa çatan yaddaş parçaları. Dantist müğənni olmaq istəyir və buddist rahiblərinin Dijey olmaq istəyən xəstələrinin biri ilə maraqlanır. Bu film bir az sevgidən, bir az da yaddaşdan bəhs edir.

“Malholand Drayv” – 2001

Levid Linçin filmi. Azların anladığı filmləri çəkən rejissor. Onun filmlərinə rahat baxmaq olmaz. Gərək bütün diqqətini ona verəsən.

“Master” – 2012

Donanmada xidmət etmiş keçmiş veteran Freddi və sektanın xarizmatik lideri Doddan bəhs edən film. İkili psixi vəziyyətə düşürlər sonda. Özlərini axtarırlar.

“Nyu-York, Nyu-York”

Filmdə Filip Hofman yaradıcılıq böhranı keçirən teatr rejissorunu canlandırır. O, qərara gəlir ki, lazımlı və həqiqi bir pyes tamaşaya qoysun. Filmdə biz reallıqla, qurğunun arasına düşürük.

# 1094 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
#
#
# # #