Mikayıl Müşfiq üçün Xəzərə gül atılacaq

Mikayıl Müşfiq üçün Xəzərə gül atılacaq
19 may 2016
# 11:51

5 iyun - böyük Azəbaycan şairi, yeni Azərbayan şeirinin öncülü Mikayıl Müşfiqin doğum günüdür. Həmin gün Şairlər Günü tədbirinin təşkilatçıları Müşfiqin adını daşıyan mükafat verirlər, sonra isə şair və yazıçılar Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gül səpirlər.

Bu il VI Şairlər Günü Vaqif Səmədoğlunun xatirəsinə həsr ediləcək. "aybKitab" layihəsi çərçivəsində nəşr edilmiş Vaqif Səmədoğlunun “Sandıq şeirləri”nin tədimatı həmin gün keçiriləcək.

Bu il “Şairlər günü”ndə də Gənc Şairlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə səfirliyi Kültür və Tanıtma Müşavirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi və Dünya Gənc Türk Yazarlar Birliynin təşkilati dəstəyi ilə dünyanın müxtəlif ölkələrindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcəklər.

Ötən il V Şairlər Günü şair Nurəngiz Günün xatirəsinə həsr edilmişdi. aybKitab layihəsində şairin “Qalanlara” adlı şeirlər kitabının nəşri, “Nurəngiz Günə Bir Bənd Şeir” adlı müsabiqənin təşkili, müxtəlif ölkələrdən təşrif buyuran tanınmış ədiblərlə Nurəngiz Günün məzarını ziyarət həyata keçirilmişdi.

Altı il əvvəl Gənc Şairlər Birliyinin rəhbəri Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu tədbir ötən illərdə Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran və Rusiyadan dəvət olunan qonaqların iştiraki ilə keçirilib.

azadliq.org

# 819 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
#
#
# # #