Bir adda iki “Azər” daşıyan şair

Bir adda iki “Azər” daşıyan şair
11 may 2016
# 12:19

Söhrab TahirAzərAzər

“İki bölünməkdən elə qorxmuşam Çöpü də ikiyə bölmərəm daha” deyə AzərAzərə çevrilən Söhrab Tahir.

“Təbrizi gəzirəm” şeirinin ...Dayanıram İnqilabla səltənətin Kəsişdiyi Xiyabanda” rəmzi sonluğu; heç vaxt yol yoldaşlığı mümkün olmayan “inqilab”la “səltənət” yalnız kəsişə bilər! ...Yoxsa, Söhrab Tahir AzərAzər olmazdı, şair bir adda iki “Azər” daşımazdı.

S.Tahir AzərAzərlə Məmməd Araz, Xəlil Rza Ulutürk, Nəbi Xəzri, Nəriman Həsənzadə... dostluğu bu gün də Bakı ilə Təbriz birliyinin simvoluna dönüb.

Homerin “İliada” və “Odissey”indən həcmcə az qala üç dəfə böyük (70 min misraya yaxın) “Ata” eposu ilə (21 ilə yazılmış bu əsərdə bir kəlmə gəlmə söz yoxdur) yaradıcılığının son nöqtəsini qoyan ustad sənətkarın “Ölümə gedirəm mən də qorxmadan, Çünki belə ölüm mübarizədir,”- manifest misraları bir şair ömrünün fəlsəfəsidir.

...Güney Azərbaycanında həyata, Quzey Azərbaycanında yaradıcılığa başlamış Söhrab Tahir AzərAzər:

Ortadan açılmış kitab kimidir,

Baxır Astaralar sərhəd tirinə.

Mənim qollarımı iynə-sap edin,

Tikin Astaranı biri-birinə.

Çayları, yolları, iynə-sap edin,

Tikin Culfaları biri-birinə –

vəsiyyətini bizə etdi və getdi...

Qardaşxan

***

Söhrab Tahir AzərAzərə

Sən ey daha ən böyük

Azadlığa qovuşan

ikili taleyinin

ikincisini yaşa

azad qardaşın ki var

səni kim tanımır ki

səni tanımayanlar

özünü tanımır ki

Pəncərədən daş gələn

bəxtindən Bəri bax sən

ölümü bölüb Azər

Azər Yaşayacaqsan

# 876 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #