Həyat yoldaşını aldatmaq istəyən qadınlar – Aliyə yazır

Həyat yoldaşını aldatmaq istəyən qadınlar – <span style="color:red;">Aliyə yazır
29 yanvar 2016
# 11:05

- Nə qəşəng palton var, ay qız?

Nura həqiqətən gözəl görünürdü. Kip palto onu qamətli və daha zərif göstərirdi:

- Hə? Geyinmirdim e... Qaynanam məcbur elədi, deyir, soyuqdu. Endirimnən almışam, Mangodan.

Nisbətən ucuzvari gödəkcə geyinmiş Afa qəfil pörtdü:

- Qəti geyinəmmirəm də bu stildə - dedi - Mənimki odu əynimə taxım, tez bazara çıxım. Amma gəl ki, bir yerə gedəndə, məni tanımaq olmaz. Toya, ya şəhərə çıxanda.

Afa azacıq kobud idi. Boyu bəstə. Ümumi söhbətlərdə bir ayrıcalığı vardı. Buxağı susqunluqdan belə sözlü-sözlü sallanırdı, ya ki, sevgi intizarını daha dərinə basdırıb üstünü qalın etmişdi ya nəydi... Səsi də bir az yoğun idi.

Məktəbin dəhlizində məktəbin darıxdırıcı, birrəng, monoton bir yer olduğunu göstərmək üçün, düşünməyin gərəkmədiyini sübut etmək üçün bütün lazımi əyani vəsait asılmışdı. Qadınlar sinif otağına hazırlığa göndərdikləri uşaqlarını gözləyirdilər. Arabir Üzeyir Hacıbəyovun musiqisi səslənir, onların söhbətinə maarifçiliyə xas ab-hava, felyetonvarilik gətirirdi. Amma bu, ilk baxışda belə idi. Onların psixi həyatı ekzistensializmə daha çox uyğun idi, nəinki hansısa karikaturaya.

Şərtlər universal olmağı tələb edirdi:

Daim hazırlıqlı olmaq. Qətiyyən yenilməmək. Və bir-birini iliklərinə kimi tanımaq. Anlamaq və tanımaq bəzən bir yerdə olmur. Amma bəzən o möhtəşəm anlar da olur.

Bugünkü “Mən yaxşıyam, qaynanam pisdi, anam yaxşıdı, gəlinimiz ifritədir” ümumi mövzusuna ər obrazı da qatılmışdı.

Qadınlardan birinin - Nuranın incikliyi hiss olunurdu, azca kövrəlib, həyatının daha dərin incikliklərini anladacaqdı ki, ucuzvari geyindiyinə görə kompleksə girən Afa “Yox, aazzz, mənimki elə deyil” - dedi. Nura sanki yuxudan ayıldı. Zəiflik etdiyini anladı, “Yox, ay qız e, bizimki də lap elə deyil. Diqqət göstərir, oirəli gül də almışdı. Bayramda mənə Sabinadan 120 manatlıq ətir də alıb. Hələ bir baxın yaxşıdı?..” - deyib çantasını əlləşdirməyə başladı, amma sanki əlləriylə Afanın ağzını ovub susdururdu. Amma səsindən peşmançılıq və inciklik yağırdı.

- Üstünə səpib getməyə bir yer də olsa... - bayaqdan susan Ceyran dilləndi.

- Mən oxumamışam, siz ki, oxumusuz işləyərdiz də...

- İş adı çəkmə. Astarı üzündən baha başa gəlir...

- Mənimki heç qoymur da. - Leyli qürrələnmək istədi.

Qısa bir sükut çökdü. Sanki bu sükut qızların qəlbindəki boşluğu faş etmək üçün araya salınmışdı.

- Ay qızlar, görün nə deyirəm. Axı məllimə həftədə bir dəfəyə salıb dərsi. İndi pulu iki ayda bir verəcəyik də deməli. Mən evdə deməmişəm, demişəm ki, həftədə bir dəfə amma iki saat məşğul olacaq. Gəlsənə o qırx manatı xərcləyək, gəzək, əylənək?

- Mən evdə demişəm axı..

- Bədbaxsan da.. – Hamı əyri-əyri Leyliyə baxdı.

- Lap elə siz deyəndi, hara gedəcəyik ki, uşaqlarla?

- Onu da düz deyirsən. Heç olmasa, dükanları gəzərik. Özümüzə bir şeylər baxardıq.

- Mənimki onsuz da qoyur, hələ pul da verir ki, özünə nəsə al. Heç axotum yoxdu da... – Nuranın səsi daha dərindən gəldi, sanki kimsə öz qalasını içəridən bərkidirdi...

- Özünüz bilərsiz e. Guya mənimki vermir? Mən dedim birgə olardıq.

Evli-mutlu qadınlar uşaqlarını gözlyirdilər. Hacıbəyovun uvertürası bu dəfə xoşbəxtlik müharibəsinin cəngisi kimi səsləndi. Qəfil sinif otağının qapısı açıldı. Sevincək uşaqlar otaqdan qalib kimi çıxırdılar...

# 2470 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #