Arvadını xəyanətə məcbur edən dahi yazıçı

Arvadını xəyanətə məcbur edən dahi yazıçı
6 iyul 2015
# 12:57

Coys arvadı ilə beş il birlikdə yaşadığı Triestdən vətəni Dublinə qayıdası olur. “Dublinlilər” əsəri hazırdır, onu nəşriyyata təqdim etməli, əsər çap olunmalıdır.

Ceyms ilə Nora bir müddət ayrı qalmağa məcburdurlar. Vidalaşan zaman sevgililər söz verirlər ki, hər gün bir-birlərinə məktub yazsınlar.

Ceyms Dublinə bir aylığına gəlmişdi. Oktyabrın əvvəlində. İşləri uzandığından dekabra qədər burada qalası olur. Bu müddətdə Norasız qala bilmir.

Elə Nora da. İki aşiq sevgilərini, ehtiraslarını məktublara tökməyə məcburdurlar. Başqa çıxış yolları yoxdur.

Bu məktublar da bütün sevgi məktubları kimi “Əzizim ...”lə başlayırdı. Ardı isə.

Ardını burda yazmaq mümkün deyil sadəcə.

Blum günü necə yarandı

Coys ucuz otellərdən birində xidmətçi işləyən Nora Barnakal ilə Dublində tanış olmuşdu. Elə küçədəcə. Bütün özündən razı gözəl qızlar kimi o da birinci görüşə gəlməmişdi.

İkinci görüş isə 16 iyun 1904-cü ildə baş tutur. Coyssevərlərə bu tarix tanışdırmı görəsən?

16 iyun 1904-cü il hər il dünyada Blumsday kimi qeyd olunur. 16 iyun “Uliss” romanında Leapold Blumun başına gələnlərin bəhs olunduğu həmən o möhtəşəm tarixdi.

Bütün roman baş qəhrəman Blumun bircə gündə (16 iyun 1904-cü il) başına gələnlərdən bəhs edir.

“Uliss” adından da göründüyü kimi Homerin “Odissey” əsərinin dekonstruksiyası idi. Əlbəttə roman təkcə məşhur yunan əsatiri ilə intertekstuallıq yaratmırdı. Amma biz gəlin elə bununla kifayətlənərək qeyd edək ki, “Uliss”in qəhrəmanı Leapold Blum elə Odisseydir. 40 illik sərgüzəştlərdən sonra öz İtakasına qayıdan Odissey arvadının ona xəyanət edəcəyindən qorxmurdumu? “Uliss” bax odur. Arvadı xəyanət etmiş kişinin bir günlük macərası.

İlk görüşdəcə məharətəni göstərdi

Coys roman üçün Nora ilə görüşdüyü həmən tarixçəni seçmişdi. Kürənsaçlı gözəlçə ilk görüşdəcə öz məharətini göstərir. Yeni sevgililər öpüşürlər. Və Noranın əlləri...

Bu əllər bir daha Coysdan qopmur. Onlar Dublindən qaçırlar. Və yalnız 30 il sonra rəsmi nikaha girsələr də Coysun vəfatına qədər heç vaxt ayrılmırlar.

“Sənə elə şeylər yazıb-demişəm ki, vüqarım imkan verməzdi bunu bir başqa qadına deyim”. Coys Noranı adətən belə əzizləyirdi: “Azğın gözlü fahişəm”.

Məktubların məzmunundan danışmayaq. Çünki pornoqrafikdirlər. Coys ilə Nora məktublar vasitəsilə sevişirdilər. Bu məktublarda nələr yox idi. Seksual azğınların belə ağıllarına gəlməyəcək fantaziyalar.

Bu cür məktubları bizim dövrümüzdə daha çox virtual məhəbbət aludəçiləri yazarlar. Nəzərə alaq ki, bu məktublar ixtiyari bir virtual məhəbbət sevənin qələmindən deyil, modernizmin atasının qələmindən çıxmışdı.

Yazanda pozğun, həyatda mədəni

“Dublinlilər” çox çətinliklə dərc olundu. Kitab çıxandan sonra vulqar dilinə görə də xeyli qalmaqal yaratdı. “Uliss” də senzura ilə qaşılaşdı. Roman açıq-saçıqlığına görə yazıçının vətəni ilə yanaşı ABŞ-da da qadağan olundu.

Oxucular kitabı ABŞ-a gizli yolla keçirirdilər. 20-ci illərdə Avropada yaşayan Heminquey kitabın Amerikaya keçirilməsində bir neçə dəfə Coysa yardım eləmişdi.

Coys romanlarında nə qədər açıq-saçıq olsa da həyatda çox kübar və alicənab idi. Dostları o mətnləri yazan adamın Coys olmağına təəccüb edirdilər. O, söyüş belə söymürdü.

Noraya məktublarında isə o ağlına gələn hər şeyi yazmışdı. Üç ay boyu yalnız bu pozğun məktublarla ovutmuşdu özünü, ehtirasını söndürmüşdü.

Mənə xəyanət elə!

Coys “Ulis”i yazanda Noranı xəyanətə sövq edir. Yazıçı xəyanətə uğramış Blumsun hisslərini yaşamaq istəyirdi. Nora belə bir “oyun” oynamağa cəhd edir. Elə bu “oyun” da Coysa xəyanətə uğramış ərin portretini yaratmağa bəs edir.

Coys onu təhrik etsə də Nora heç vaxt ərinə xəyanət etməyib. Coys isə Dublində olanda qadınsız dözə bilmir və küçə qadını ilə görüşündən sonra Triestə Nora üçün hədiyyə ilə qayıdır.

Dahi yazıçı siflisə yoluxmuşdu. Coysun bəzi araşdırmaçılarının fikrincə pornoqrafik məktublar da xəstəliyin nəticəsində bu qədər ehtiraslı və azğın alınmışdı. Onlar Noranın xəstəliyə yoluxmaması üçün əlaqədə olmurdular. Deyəsən “məktublarda sevişmək” çox uzun sürmür, nə qədər qorunsalar da sonralar Nora da ərindən sifilisə yoluxur, qızları da.

Ceyms Coysun 1909 və 1912-ci illər zamanı Nora Barnakaldan uzaqda olarkən ona yazdığı məktubların üçü 2004-cü ildə hərraca çıxarıldı. Və rekord qiymətə - 445 min dollara satıldı. Məktubu adının gizli saxlanılmasını istəyən şəxsi kolleksiyaçı alır.

Son yüz ildə hələ heç bir məktub bu qiymətə satılmamışdı.

# 3329 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #