İranla Səudiyyə Ərəbistanı arasında cinsi təcavüz qalmaqalı

İranla Səudiyyə Ərəbistanı arasında cinsi təcavüz qalmaqalı
14 aprel 2015
# 10:31

İran və Səudiyyə Ərəbistanı arasında Ümrə böhranı böyüyür.

Kulisin radikal.com-a istinadən verdiyi xəbərə görə, İranın Ciddə Hava Limanında iki iranlı gəncə cinsi təcavüz iddiaları ilə təqsirləndirilən şəxslər məhkəməyə çıxana qədər İran Səudiyyə Ərəbistanına Ümrə uçuşlarını dayandırıb.

Mart ayında İran Həcc və Ümrə təşkilatçılığı naziri Səid Əhvadinin viza probleminə görə Ümrə səfərlərini təxirə salacaqlarına dair açıqlama verdi. Ötən həftə isə hava limanında iranlı gənclərə cinsi təcavüz iddiaları ilə iki ölkə arasında gərginlik daha da artdı. Səudiyyə Ərəbistanı iki mühafizəçini saxladıqlarını və hüquqi ölçü götürəcəklərini desə də, İranın xarici işlər nazirinin köməkçisi Hüseyn Əmir Abdullahiyan Ümrə səfərinin ləğv olunması tələbini gündəmə gətirdi.

İranın öndə gedən dini liderlərindən olan Ayətullah Mekarim Şirazi də “Ümrəyə zillətlə getmək şərt deyil” deyə açıqlama verdi. Bu açıqlamadan sonra İran millət vəkilləri Ümrə mövzusunun gözdən keçirilməsi və problem həll olunana qədər təxirə salınmasını istədilər. İran Məclisi milli təhlükəsizlik və xarici siyasət komissiyasının təmsilçisi Hüseyin Nakavi 70-ə qədər millət vəkilinin bu təklifi imzaladığını söyləyib:

“Millət vəkilləri bu təklifi hacılara yönəlmiş hörmətsizlik və ədəbsizliyin artması və Ciddə hava limanında iki gənc iranlıya qarşı təcavüzdən sonra imzaladılar. Təklif Səudiyyə Ərəbistanı rəhbərlərinin hacılara sayğı göstərməsi və təhlükəsizliklərinin təmin olunması mövzusunda arxayınlıq yaranana qədər Ümrənin təxirə salınmasından ibarətdir.”

# 1449 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #