Pulsuz film çəkiləcək - YENİ LAYHİƏ

Pulsuz film çəkiləcək - <span style="color:red;">YENİ LAYHİƏ
26 dekabr 2014
# 11:26

“Film Fiction”elektron kino dərgisi və "Eternity Film" şirkəti “Bir gün” adlı kino layihəsinə start verib.

Bu barədə Kulis.az-a dərginin redaktoru Şahin Xəlildən məlumat alıb.

"Bir gün" sıfır büdcə ilə ərsəyə gələcək ilk müstəqil və böyük kino layihəsidir. 2014-cü ilin son günü gerçəkləşməsi nəzərdə tutulan bir layihədir. Çəkilən video materiallar sonda tam metrajlı filmə çevriləcək. Layihəyə 18 yaşdan yuxarı olan hər kəs qoşula bilər. layihənin şərtlərinə görə, video material sırf layihəyə görə və dekabrın 31-i günü çəkilməlidir. Daha öncə çəkilmiş, yayılmış videolar qəti qadağandır. Çəkiliş HD formatda (16:9) olmalıdır. Material professional video kamera, fotokamera və ya bu formatı dəstəkləyən mobil telefon vasitəsi ilə də çəkilə bilər. Hadisələr real zaman ərzində baş verməlidir. Qəhrəmanlar sıradan insanlar olmalıdır. Xronometraj maksimum 5 dəqiqədən çox, minimum 3 dəqiqədən az ola bilməz. Çəkilmiş material montaj olunmadan bir dubla çəkilməlidir. Çəkiliş məkanında musiqi yoxdursa, materialın üzərinə musiqi əlavəsi etmək olmaz. Heç bir professional işıqlandırmadan, rekvizitdən istifadə oluna bilməz və materialda sujet xətti olmamalıdır. Sənədli film-likdən kənara çıxmamalıdır”.

Şahin Xəlilin sözlərinə görə, göndərilən video materialların qiymətləndirməsi və seçilməsi “ETERNİTY FİLM” tərəfindən aparılır.

Video materiallar kreativliyinə, keyfiyyətinə və mövzudan (qaydalardan) kənara çıxmamasına görə seçilib yekun filmə daxil olacaq"-deyə o bildirib.

Qeyd edək ki, iştirakçılar video materialı anket (anketi yüklə: http://bit.ly/1A97iUV) ilə bərabər göstərilən – [email protected] elektron ünvanına göndərməlidir.

# 987 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #